İş barədə məlumat
Müştəri məlumatları, ödənişlər, konvertasiya və digər qeyri- bank sistemləri (Qmatic, Grafana, Jira , SAS və s.) üzrə daxil olan biznes tələblərinin toplanması, analiz edilməsi və texniki komandaya ötürülməsi..
Funksional və texniki sənədlərin hazırlanması, o cümlədən BRD, FSD, Use Case və proses xəritələrinin tərtibi.
İstifadəçi tələblərinin strukturlaşdırılması və onların prioritetləşdirilməsi üçün biznes sahibləri ilə sıx əməkdaşlıq.
İnkişaf (development) və test komandaları ilə koordinasiyanın qurulması, texniki tapşırıqların aydın şəkildə ötürülməsi.
İstifadəçi qəbul testlərinin (UAT) təşkili, ilkin yoxlamaların (sanity check) aparılması və nəticələrin təhlili.
Yeni sistem funksionallıqlarının təqdimatı, istifadəçi təlimlərinin təşkili və istifadəçilərə dəstəyin göstərilməsi.
Change request-lərin, sistem yeniləmələrinin və versiya dəyişikliklərinin izlənməsi və sənədləşdirilməsi.
Əlaqəli sistemlərin inteqrasiyası və məlumat axınlarının texniki və funksional baxımdan izlənməsi və dəstəklənməsi.
Biz sizə nə təklif edirik?
Karyera inkişafı üçün əlverişli mühit;
Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
Komanda quruculuq tədbirlərində iştirak imkanı;
İdman zallarında endirim imkanları;
Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
Könüllü tibbi sığorta;
Həyatın yığım sığortasına qoşulmaq imkanı.