Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Maliyyə üzrə menecer

Razılaşma
Leobank

Baxışların sayı: 115

Elan #16578

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
08.12.2025
Bitmə tarixi
04.01.2026
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Maliyyə
Alt kateqoriya
Maliyyəçi

İş barədə məlumat

Bankın illik və üçillik büdcəsinin hazırlanması

Maliyyə modeli hazırlanmasında, gəlir və xərclərin planlaşdırılmasında iştirak;
Büdcənin əsas fərziyyələrinin bankın struktur bölmələri ilə razılaşdırılması;
Büdcənin icrasının nəzarəti, sapmaların analizi və düzəldici tədbirlər üzrə tövsiyələrin hazırlanması.
Maliyyə göstəricilərinin analizi

Məhsul və biznes istiqamətlərinin gəlirliliyinin analizi;
Artım faktorlarının müəyyənləşdirilməsi, optimallaşdırma və səmərəliliyin artırılması sahələrinin aşkar edilməsi;
Gəlir, xərclər və KPI-lər üzrə məlumatların toplanması, sistemləşdirilməsi və analizi;
İdarəetmə qərarları üçün analitik nəticələrin və təkliflərin hazırlanması.
Bankın struktur bölmələri ilə əməkdaşlıq

Məlumatların toplanması və xərclərin planlaşdırılmasında marketinq, satış, əməliyyatlar və IT şöbələri ilə əməkdaşlıq;
Daxil edilən məlumatların düzgünlüyünü və gəlir-xərc planlarının uyğunluğunu təmin etmək;
Biznes bölmələr səviyyəsində maliyyə nəzarət proseslərinin dəstəklənməsi.
Hesabatların və təqdimatların hazırlanması

Məsləhətləşmələr, strateji sessiyalar və idarə heyəti üçün təqdimatların hazırlanması.

Namizədə tələblər

Maliyyə, iqtisadiyyat, mühasibatlıq və ya idarəetmə sahəsində ali təhsil;
Maliyyə analizi, büdcələşdirmə və ya hesabatlıq sahəsində iş təcrübəsi (bank sektorunda təcrübə arzuolunandır);
Excel və BI alətləri üzrə yüksək səviyyəli biliklər, maliyyə sistemlərində iş təcrübəsi;
Böyük həcmli məlumatlarla işləmək və məzmunlu nəticələr çıxarmaq bacarığı;
Diqqətlilik, məsuliyyət və nəticəyə yönəlmə;
Yaxşı ünsiyyət bacarıqları, müxtəlif struktur bölmələrdən həmkarlarla əməkdaşlıq qabiliyyəti;
Top-menecment üçün hesabat və təqdimatlar hazırlamaq bacarığı.

E-mail: recruitment@leobank.az / info@finstaff.az