Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Taksit partnyorları ilə iş bölməsinin mütəxəssisi

Razılaşma
Kapital Bank

Baxışların sayı: 36

Elan #16568

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
05.12.2025
Bitmə tarixi
04.01.2026
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Bank
Alt kateqoriya
Digər

İş barədə məlumat

Təyin olunmuş layihələr üzrə bazar araşdırması aparır, potensial mağaza və şirkətləri müəyyənləşdirir və əməkdaşlıq üçün hədəf siyahıları tərtib edir;
Mövcud və potensial partnyorların fəaliyyətini, satış göstəricilərini və maliyyə sabitliyini təhlil edir, əməkdaşlıq dəyərini qiymətləndirir;
Mövcud partnyorlarla əməkdaşlıq münasibətlərini idarə edir, qarşılıqlı faydalı biznes imkanlarını genişləndirmək üçün təkliflər hazırlayır və həyata keçirir;
Təhkim olunmuş partnyor portfelinin inkişafı üçün aylıq/rüblük/illik planlar hazırlayır, icrasını izləyir və rəhbərliyə hesabat verir;
Dəyişən bazar trendlərini və istehlakçı davranışlarını izləyir, partnyorlarla əməkdaşlığın inkişafını bu dəyişikliklərə uyğun istiqamətləndirir və adaptiv həllər təklif edir;
Taksit əməkdaşlığı üzrə partnyorların məhsul və xidmətlərini təbliğ edən kampaniyaların planlaşdırılması və icrasında iştirak edir, satışların artımına dəstək olur;
Regionlardakı partnyorlarla iş prosesini izləyir, ezamiyyətlərdə iştirak edir, regional bazar tendensiyalarını təhlil edir və inkişaf imkanlarını rəhbərliyə təqdim edir;
Partnyorlar tərəfindən daxil olan kampaniya və əməkdaşlıq müraciətlərini qəbul edir, müvafiq struktur bölmələrə yönləndirir və icrasını koordinasiya edir.
Təklif olunanlar

İnkişaf imkanları
Rəqabətli əmək haqqı və bonuslar
Yüksək təminatlı sığorta
Dəstəkləyici mühit
Visa Premium əmək haqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət
Güzəştli təhsil və işçi krediti

Namizədə tələblər

Ali təhsil;
Sahə üzrə müvafiq iş təcrübəsi (Bankda və ya digər təşkilatlarda partnyorlarla iş üzrə olması arzuolunandır);
Ofis daxili və xaricində işləmək imkanı (ezamlar nəzərə alınmaqla);
Kommunikasiya və təqdimat bacarığları;
Bazar və satış məlumatlarını təhlil etmək, riskləri qiymətləndirmək bacarığı;
Əla səviyyədə Azərbaycan dili biliyi, rus və ingilis dili isə arzuolunandır;
Kompyuter biliyi: MS Office ilə işləmə bacarığı;
Məsuliyyətlilik, komanda işi və dəyişən bazar tendensiyalarına uyğunlaşmaq kimi keyfiyyətlərin olması.

E-mail: hr@kapitalbank.az / info@finstaff.az