Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Biznes analitik / Strateji İnkişaf Departamenti, Əməliyyat Planlaması və Strategiyanın İcrası şöbəsi

Razılaşma
Bank Respublika ASC

Baxışların sayı: 49

Elan #16559

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
04.12.2025
Bitmə tarixi
02.01.2026
Əlaqədar şəxs
HR
Telefon
144
Kateqoriya
Maliyyə
Alt kateqoriya
Analitik

İş barədə məlumat

Maliyyə göstəricilərinin hesablamaq və təhlil etmək;
Bankın gəlir və xərc dinamikası üzrə detallı modellər və proqnozlar tərtib etmək;
Strateji və maliyyə planlamasında iştirak;
Bazar təhlilinin (benchmarking, bazar iştirakçılarının təhlili) aparılması;
Maliyyə modellərinin hazırlanması və ssenari analizləri aparmaq;
Məhsulun maya dəyərinin hesablanmasında iştirak etmək;
Strateji qərarvermə prosesini dəstəkləyəcək hesabatları hazırlamaq;
Biznes proseslərini təhlil etmək və təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək;
Təhlillər əsasında hesabatların avtomatlaşdırılması üçün biznes tələbləri hazırlamaq;
Layihə və proses dəyişikliklərinin biznesə təsirini qiymətləndirmək;
Yeni sistem və həllərin tətbiqi zamanı test və uyğunluq analizlərini aparmaq.

Namizədə tələblər

Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya biznesin idarə edilməsi sahəsində ali təhsil;
Maliyyə təhlili, və hesabatlılıq sahəsində ən azı 2-3 illik iş təcrübəsi;
MS Office proqramları (MS Excel, MS Word, PowerPoint – əla səviyyədə); Data analiz alətləri (Power BI, SQL, Python, Tableau və s.) ilə işləmə bacarığı;
Maliyyə modelləri və proqnozlaşdırma metodologiyaları üzrə biliklər;
Analitik düşünmə və böyük həcmli məlumatlarla işləmə bacarığı;
Dəqiqlik, məsuliyyətlilik və detallara diqqətlilik;
ACCA, FMVA, FPAP və ya CIMA sertifikatlarının olması üstünlükdür;
Komanda ilə işləmə və təqdimat bacarığı;
İngilis və rus dili biliyi arzuolunandır.


Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini HR@bankrespublika.az / info@finstaff.az elektron ünvanına göndərə bilərlər.