İş barədə məlumat
Şəhər: Bakı
Vəzifə öhdəlikləri:
Təchizat və anbar şöbələrindən mal-material, xidmətlər və digər əməliyyatlarla bağlı sənədlərin tələb olunması, həmin sənədlərin e-qaimə və proqram təminatındakı məlumatlarla uyğunluğunun yoxlanılması və təsdiq edilməsi.
Sənədlərin düzgünlüyünün və tamlığının yoxlanılması.
Ödəniş üzrə mühasibə kreditorlar üzrə sənədlərin təqdim edilməsi.
Müvafiq şöbələrlə ilkin sənədlərin vaxtında hazırlanması və təqdim olunması prosesinə nəzarət.
Sənədlərin arxivləşdirilməsi və sistemləşdirilməsi.
Mühasibatlıq şöbəsi ilə koordinasiyalı şəkildə işləmək.
Baş mühasibin tapşırıqlarına uyğun hesabatların hazırlanması.
İş şəraiti:
Əmək haqqı: Rəqabətədavamlı əmək haqqı – namizədin təcrübəsinə əsasən müsahibə zamanı müzakirə ediləcək.
İş qrafiki: 5 günlük iş həftəsi (layihənin mərhələsindən asılı olaraq əlavə iş saatları ola bilər).
Sosial təminatlar: Əmək Məcəlləsinə uyğun sosial təminatlar (ödənişli məzuniyyətlər, xəstəlik vərəqələri, tibbi sığorta).
Karyera imkanları: Şirkət daxilində peşəkar inkişaf və karyera yüksəlişi imkanları.