Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Prosessinq İşinin Təşkili İdarəsinin Ödəniş texnologiyalarına dəstək şöbəsinin mütəxəssisi

Razılaşma
Xalq Bank

Baxışların sayı: 35

Elan #16548

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
02.12.2025
Bitmə tarixi
31.12.2025
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Bank
Alt kateqoriya
Digər

İş barədə məlumat

Kart və ekvayrinq əməliyyatları ilə bağlı müxtəlif sistemlər arasında olan əməliyyatlar üzrə funksionallıqların, servislərin, APİ sorğuların hazırlanması və tətbiqi;
CMS proqram təminatı üzrə Vendorlar tərəfindən təqdim edilən istifadəçi funksiyalarının və kitabxana fayllarının sistemə yüklənməsi, dəyişdirilməsi;
CMS (Card Management System) proqram təminatı üzrə sistem inzibatçılığı funksiyasının yerinə yetirilməsi (təlim keçirilməsi təmin olunacaq);
Yeni texnologiyaların tətbiqi və test edilməsi.

Namizədə tələblər

Ali təhsil;
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
İngilis və rus dillərini bilənlərə üstünlük verilir;
Java, Java Script, SQL, PL/SQL üzrə işləmə bacarığı;
Web servis, arxitektura növləri (Rest/Soap) barədə biliklərə, APİ Servislərin sorğulanması bacarığına, sorğulama formatları (JSON / XML) barədə anlayışlara malik olmalıdır;
MQ (Kafka, RabbitMQ) kimi mesajlaşma sistemləri üzrə bilgilərə malik olmalıdır;
Hər hansı prosessinq sistemi ilə iş təcrübəsi olanlara üstünlük verilir;
HSM və PCİ DSS prinsiplər haqqında biliklərə malik olanlara üstünlük verilir;
TCP/İP, SSL/TLS bilikləri olanlara üstünlük verilir;
Linux əməliyyat sistemi haqqında bilikləri olanlara üstünlük verilir;
Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
Riyazi hesablama aparmaq qabiliyyəti;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
Müəyyən edilmiş müddət çərçivəsində tapşırıqları icra etmək bacarığı;
Yüksək qavrama və analitik düşünmə bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.


Tələblərə uyğun olmayan və mail-da Mövzu qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan CV - lərə baxılmayacaq. CV - lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla və ya cv@xalqbank.az / info@finstaff.az ünvanına göndərilməlidir.