İş barədə məlumat
Kassir, müştərilərdən nağd və qeyri-nağd formada ödənişlərin alır və bu əməliyyatları dəqiq və effektiv şəkildə maliyyə proqramında qeydiyyata alır. Kassir müştərilərin ödənişlə bağlı sorğularını cavablayır.
Vəzifə öhdəlikləri:
• Müştərilərdən nağd və pos terminalla ödənişlərin qəbul edilməsi,
• Nağd və pos terminal əməliyyatların günlük/aylıq dövriyyə hesabatlarının hazırlanması,
• Nağd əskinasların təhlükəsiz saxlanılması və səlahiyyətli şəxslərə təhlükəsiz şəkildə təhvil verilməsi,
• Gün və ay sonlanması əməliyyatlarının icra edilməsi,
• Müştəri sorğularının cavablandırılması və yüksək səviyyədə müştəri məmnuniyyətinin təmin edilməsi.