İş barədə məlumat
Azərbaycan Respublikasının qanunvericiliyinə və normativ-hüquqi aktlara uyğun uçotun təşkil edilməsi;
Aylıq, rüblük və illik ƏDV, Mənfəət Vergisi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi;
Daxil olan pul vəsaitləri, mal-material ehtiyatları və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti üzrə əməliyyatların mühasibat uçotunda düzgün və vaxtında əks etdirilməsi;
Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu və hesabat sənədlərində tam və düzgün göstərilməsi;
Mühasibat-maliyyə hesabatlarının müəyyən olunmuş müddətlərdə tərtib və təqdim edilməsinə nəzarət;
Aylıq, rüblük və illik hesabatların dövlət orqanlarına göndərilməsi;
Gündəlik və aylıq daxili hesabatların hazırlanması;
Hesab-faktura və elektron qaimələrin tərtib edilməsi;
Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi;
Əmək haqları, məzuniyyət, ezamiyyə və digər ödənişlərin hesablanması və köçürülməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq icra edilməsi.
İş şərtləri:
Həftədə 6 iş günü,
Əmək haqqı: net 2000 azn
Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşdirmə
Karyera inkişafı imkanı