İş barədə məlumat
Mühasibat, vergi uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatların aparılması, vergi sahəsi üzrə bütün hesabatların vaxtında göndərilməsi;
Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, müqavilələrin, hesab-fakturaların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının hazırlanması;
Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddətlərdə müvafiq orqanlara göndərilməsi;
Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət və s.) hazırlanması və təqdim edilməsi;
Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi, bəyannamələrin göndərilməsi və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək;
Bank və kassa üzrə daxil olan və məxaric olunan pul vəsaitlərinin sənədləşdirilməsi və uçotunun aparılması;
Debitor və kreditor hesablaşmaların aparılması, üzləşmə aktlarının tərtibinin təşkili və nəzarət edilməsi;
Aylıq debitor-kreditor hesabatların tərtibinin təşkili;
Müştərilərlə üzləşmə aktlarını və hesabatları hazırlamaq;
İnternet banking əməliyyatlarının (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası və s.) həyata keçirilməsi;
ƏDV depozit əməliyyatlarının aparılması;
Əməyin mühafizəsi və təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;
Əmək funksiyasını özünü və digər işçiləri təhlükəyə məruz qoymadan icra etmək, şəxsi buraxılış olmadan həyat üçün təhlükəli mənbələrdə iş görməmək;
Əməyin mühafizəsi qaydalarının bütün pozuntuları, baş vermiş qəzalar və bədbəxt hadisələr barədə dərhal işəgötürənin nümayəndələrinə məlumat vermək;
Qida təhlükəsizliyi ilə bağlı, iş prosesi və məhsul istehsalı zamanı yarana biləcək təhlükələrə görə məsuliyyət daşımaq.
İş qrafiki və ünvan:
İş yeri: Lənkəran və Biləsuvar
İş qrafiki: 5 günlük iş qrafiki
Nahar şirkət tərəfindən təmin edilir