İş barədə məlumat
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Problemli kreditlər üzrə mütəxəssis vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Problemli kredit portfellərinə nəzarət etmək;
Hər bir gecikmə üzrə müştərilərlə ödənişlərini təmin etmək üçün mütəmadi əlaqə saxlamaq;
Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlər görmək;
Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək;
Hesabatların hazırlanması və vəzifə öhdəliklərini dəqiqliklə, məsuliyyət ilə yerinə yetirmək;
Şirkətin rəhbərliyi tərəfindən tapşırılan digər vəzifə və öhdəlikləri həyata keçirmək.
Əlavə məlumat
Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Əmək haqqı – 400 AZN + Bonus