İş barədə məlumat
Risklərin idarə edilməsi və nəzarət proseslərinə koordinasiya və kommunikasiyanın təşkilinə dəstək verilməsi;
İnsidentlərin idarə edilməsi prosesində müvafiq struktur bölmələrdən məlumat və sənədlərin toplanması, analitik təhlil və səbəblərinin araşdırılması;
Risklərin müəyyənləşdirilməsi, qeydiyyatının aparılması, qiymətləndirilməsi və minimallaşdırılmasının həyata keçirilməsi;
Yaradılan yeni məhsul, biznes proses, layihələrin risk əsaslı təhlilində, qiymətləndirilməsində iştirak;
Bankda tərtib edilən yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklərə riskin müəyyən olunması və qarşısının alınmasına dair rəy verilməsi prosesində iştirak;
Riskə nəzarət və özünü qiymətləndirmə (RCSA) alətindən istifadə;
Bankın struktur bölmələrinin işçilərinin risk mədəniyyətinin formalaşdırılması məqsədi ilə əməliyyat risklərinin idarə edilməsi üzrə bankdaxili təlimlərin və təqdimatların keçirilməsində iştirak;
Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımi hesabatların tərtib olunması üzrə təkliflər verməklə hesabatlığın aparılması.
İmtiyazlar
Tibbi sığorta paketi
Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
professional və maddi inkişaf perspektivləri;
Peşəkar komanda ilə işləmək fürsəti;
Həyat Yığım sığortasından istifadə etmək imkanı;