Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Core Bank və Ödəniş sistemləri üzrə Expert

Razılaşma
PASHA Bank

Baxışların sayı: 14

Elan #16516

Şəhər
Bakı
Yaş
30 - 50 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq
Elanın tarixi
26.11.2025
Bitmə tarixi
24.12.2025
Əlaqədar şəxs
HR
Kateqoriya
Bank
Alt kateqoriya
Əməliyyatçı

İş barədə məlumat

Bankın əsas bank və ödəniş sistemləri üzrə 2-ci səviyyəli texniki dəstəyin göstərilməsi.
Əsas bank sistemləri, ölkə daxili ödəniş sistemləri eləcə də beynəlxalq ödəniş sistemlərinə dəstək.
Əsas bank sistemlərinin etibarlığını, davamlı işləməsini və istifadəyə yararlığını təmin etmək.
Xüsusi əhəmiyyətli informasiya aktivlərinin tamlığını, istifadəyə yararlığını təmin etmək.
Bankın struktur bölmələrindən daxil olan müraciətlərin araşdırılması, təhlil edilməsi mümkün həlli yollarının tapılması və problemlərin aradan qaldırılmasını təmin etmək.
Əsas maliyyə axınlarının idarə olunduğu sistemlər üçün DR (Disaster Recovery) və BCP (Business Continuity Plan) ssenarilərinin təşkil edilməsi.
Tənzimləyici orqanlar və xarici sistemlərlə uyğunluq üzrə siyasət və proseslərin icrası.
Sınaq keçirilən test serverlərinin saz vəziyyətdə olmasına və idarə edilməsinə dəstək olmaq.
Hazırlanma və analiz prosesini tezləşdirmək üçün proqramçılara və analitiklərə köməklik göstərmək.
Gündəlik ödəniş axınlarında yaranan texniki insident və problemlərin operativ həlli.
Əməliyyat sistemi ilə əlaqəli inzibatı tapşırıqları yerinə yetirmək.
Dəstək üzrə mütəxəssislərin bacarıqlarını təkmilləşdirmək, onlar arasında tapşırıqları bölüşdürmək.

Namizədə tələblər

Təhsil: Kompüter elmi və ya digər müvafiq texniki sahə üzrə Bakalavr təhsili.
Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi.
Lisenziya/ Sertifikat: SQL, PL/SQL, Linux.
Xarici dillər: İngilis dili (yaxşı), Rus dili (orta).
Kompüter bilikləri: PL/SQL, SQL, Linux.
Məhsul üzrə biliklər: Bank məhsulları və əməliyyatları haqqında biliklərin olması.
Bazar üzrə biliklər: Bank prosesləri, bank tənzimləyicisi, bank məhsulları.
Başqa tələblər: Komandada və çoxlu tapşırıqlarla işləyə bilmək. Yüksək analitik bacarıqlar.

E-mail:recruitment@pashabank.az / info@finstaff.az.