Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasib (debitor-kreditor)

Razılaşma
Avant Group

Baxışların sayı: 85

Elan #16514

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
26.11.2025
Bitmə tarixi
24.12.2025
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Mühasib

İş barədə məlumat

Bütün tədarükçü qurumların hesab-fakturalarının qəbulu, hesab-fakturaların tam və dəqiq olmasının yoxlanması, tələb olunan bütün sənədlərin hesab-fakturalarla uyğunluğunun təmin edilməsi
Qüvvədə olan hesab-fakturaların qeydiyyata alınması və üzərinə tarix möhürünün vurulması
Tələb olunan bütün daxili imzaların və təsdiqlərin alınması
Ödənişlərin vaxtında həyata keçirilməsinin təmin edilməsi
Tamamlanmış hesab-fakturalar üzrə mühasibat qeydlərinin ERP proqramına (mühasibatlıq üzrə kompüter proqramı) daxil edilməsi
Tədarükçülərlə yarımillik və illik razılaşmaların (üzləşmə aktları) əldə edilməsi
Hesab-fakturaların qeydiyyata alınması və ehtiyat nüsxələrinin saxlanması
Hesab-fakturaların icrası ilə bağlı tədarükçülərin telefon zənglərinin cavablandırılması
İşçilərlə bağlı bütün xərc hesabatlarının əlaqələndirilməsi və xərclərlə bağlı təsdiqlənmiş sənədlərin icrası
Ödəniş və digər gəlir hesablarının adekvat şəkildə idarə olunması, habelə dəqiq surətdə və vaxtında başa çatdırılması üçün əməliyyatların uçotunun aparılması, hesabların təhlili və əsas hesabların tutuşdurulmasının təmin edilməsinə cavabdehlik
Müştəri/təchizatçı arasında baş verən mübahisələr, hesab və qalıqların təhlili, proses və ya sistemlə bağlı məsələlər və s. meydana çıxan müxtəlif problemlərin həllinə köməklik etməklə departament rəhbərliyinə dəstək verir
Müştəri hesab-fakturalarının sistemə daxil edilməsi, satış hesabatı və satışla bağlı vergilər
Bütün müştəri hesab-fakturalarının və ödənişlərinin ERP sistemində düzgün kodlaşdırılmasının təmin edilməsi

Əlavə məlumat:

İş qrafiki: 5/2, 09:30-18:30
Nahar şirkət tərəfindən təmin edilir
Əmək bazarına uyğun rəqabətli əmək haqqı
İş yeri- Çıraq Plaza

Namizədə tələblər

Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsinin olması;
Azərbaycan dilini mükəmməl bilməli,rus dili üstünlükdür;
1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
ACCA, CİMA, CPA diplom üzrə sertifikatlar üstünlükdür


E-mail: hr@avantgroup.az / info@finstaff.az