İş barədə məlumat
Zəruri hallarda müvafiq ixtisas şəhadətnaməsinin əldə edilməsi üçün qanunvericiliyə uyğun akkreditasiyadan keçmək;
Cəmiyyətin iş prinsiplərinə əməl etmək, işə davamiyyətə və əmək intizamına riayət etmək;
Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedur və qaydalara uyğun həyata keçirmək;
Rəhbərliyə Şöbənin icraatında olan işlərin vəziyyətinə dair hesabat təqdim etmək və işin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər vermək;
Aparılan əməliyyatların (hesabların açılaması, hesablaşmalar, müştəri tapşırıqlarının icrası, dilinq və s.) daxili uçot sistemində qeydiyyata alınmasının təmin etmək, təmin edilməsini təşkil etmək və nəzarət etmək;
Əməliyyat sənədlərinin saxlanılmasının təmin edilməsi;
Müştərilərinin hesabatlarının və uçot sisteminin düzgünlüyünün təmin edilməsi, o cümlədən, mütəmadi olaraq onların qarşılıqlı uyğunluğunun yoxlanılması;
Göstərilən xidmətlər üzrə açılan bütün hesabların monitorinqi;
Xidmət istiqamətinə uyğun olaraq əlaqəli kontragentlərlə o cümlədən, nəzarət orqanı ilə kommunikasiyanın təşkili və aparılması;
Məlumatların uçot sistemində düzgünlüyünü mütəmadi üzləşmələr yolu ilə yoxlamaq;
Müxtəlif işçi qruplarının tərkibində fəaliyyət sahəsi üzrə iştirak etmək;
İşin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər vermək;
Müvafiq əməliyyat sistemlərində və platformalarda hesabların açılması;
Depozitar sistemində qiymətli kağızlarla əməliyyatların icrası;
Əməliyyat sənədlərinin daxili prosedurlara müvafiq olaraq saxlanılması;
Müştəri hesabatlarının hazırlanması və təqdim edilməsi;