Namizədə tələblər
Ali magistr təhsili (iqtisadi və ya maliyyə);
Bank və ya əlaqəli maliyyə sektorunda minimum 3 il iş təcrübəsi;
Müvafiq sahəyə dair ölkədaxili bank qanunvericilik və qaydaları üzrə biliklər (beynəlxalq nəzəri və praktiki biliklər arzuolunandır);
Aktiv, passiv, kapitalın strukturu, likvid və qeyri-likvid aktiv və öhdəliklər üzrə biliklər;
Bazar və likvidlik risklərinin idarə edilməsi üzrə nəzəri və praktiki biliklər;
Maliyyə bazarlarının fəaliyyəti və qiymətli kağızlar haqqında yetərli məlumatlılıq;
Bazar və likvidlik risklərinin idarə edilməsində istifadə olunan hesabatlar haqqında məlumatlılıq və onların yenilənməsi bacarığı (LCR, GAP analizi və s.);
Müvafiq istiqamətli stress testlərin həyata keçirilməsi yanaşmaları haqqında biliklər;
Məntiqi mühakimə və operativ qərar qəbul etmə bacarıqları;
Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirmək xüsusiyyəti;
Riyazi, statistik və makroiqtisadi biliklər;
Excel bilikləri vacibdir, Python və ya SQL bilikləri arzuolunandır.
İngilis dili biliyi vacibdir, rus dili arzuolunandır;
CFA və (və ya) FRM sertifikatları arzuolunandır.
Tələblərə uyğun olmayan və mail-da Mövzu qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan CV - lərə baxılmayacaq. CV - lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla və ya cv@xalqbank.az / info@finstaff.az ünvanına göndərilməlidir.