Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Enerji effektivliyi departamenti, Kreditləşmə sektoru - Böyük mütəxəssis

Baxışların sayı: 18

Elan #16472

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
17.11.2025
Bitmə tarixi
13.12.2025
Əlaqədar şəxs
HR
Kateqoriya
Bank
Alt kateqoriya
Kredit mütəxəssisi

İş barədə məlumat

Enerji effektivliyi fonduna üzv müvəkkil kredit təşkilatı seçilmək məqsədilə kredit təşkilatlarından gələn müraciətlərin qəbulu və yoxlanması;
Enerji effektivliyi fonduna üzv müvəkkil kredit təşkilatı seçilmək məqsədilə müraciət etmiş kredit təşkilatlarına cavab olaraq müvafiq sənədlərin hazırlanması və göndərilməsi;
Müvəkkil kredit təşkilatları ilə birbaşa əməkdaşlıq edərək güzəştli kreditlərin verilməsi prosesini idarə etmək;
Müvəkkil kredit təşkilatlarından daxil olan kredit sifarişlərini qəbul etmək və onların tələblərə uyğunluğunu yoxlamaq;
Müvəkkil kredit təşkilatları (MKT) vasitəsilə veriləcək güzəştli kreditlərin ilkin qiymətləndirilməsi;
Kredit müraciətlərinin enerji effektivliyi tələblərinə uyğunluğunun yoxlanılması;
Kredit müraciətlərinin analizi, maliyyə və risk qiymətləndirilməsini həyata keçirmək;
Kredit verilməsi üzrə təkliflərin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Kreditlərin istifadə edilməsi və ödənişlərinin izlənməsi;
Enerji effektivliyi sahəsində beynəlxalq və yerli maliyyələşdirmə mexanizmlərinin araşdırılması;
Güzəştli kreditlərin verilməsi ilə bağlı qaydaların və prosedurların təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
Sektorun fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak;
Sahəsinə uyğun normativ sənədlərin hazırlanması və ya hazırlanmasında iştirak etmək;
Kredit risklərinin təhlili prosesində lazımi hesabatlıqların tərtib edilməsi, dair məlumatların analizlərini həyata keçirilməsi;
Öz fəaliyyətinə və kredit məhsullarına dair gündəlik, aylıq, rüblük ve illik hesabatların hazırlanılması;
Departamentin Əsasnaməsinə uyğun olaraq müəyyən edilmiş vəzifələrin icrasının həyata keçirilməsi;

Namizədə tələblər

Ali iqtisadi təhsil;
Kredit qiymətləndirilməsi, daxili nəzarət, maliyyə analizi və ya risklərin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi;
MS Office (xüsusilə Excel) proqramlarından yüksək istifadə bacarığı;
Azərbaycan dilini səlis bilməli, ingilis dili yaxşı səviyyədə rus dili arzuolunandır;
Enerji effektivliyi və ya yaşıl maliyyə sahəsində anlayış və maraq;
ACCA F3, FMVA və ya CFA sertifikatının olması arzuolunandır;
Bank sektorunda anderraytinq, kreditlərin yekun maliyyə analizi və yoxlanması, daxili nəzarət və fondlarla iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
DİGƏR:

Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.

E-mail:vacancy@regulator.gov.az / info@finstaff.az