İş barədə məlumat
Bazar risklərinin müəyyənləşdirilməsi, ölçülməsi və minimallaşdırılması ilə bağlı təkliflər verilməsində və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
Likvidlik və bazar risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üzrə işlərin təşkili və bu prosesə nəzarətin həyata keçirilməsində iştirak edir;
Bankın biznes siyasətinə təsir edə biləcək şok hadisələri nəzərə almaqla stress-test modellərin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflər verilməsində iştirak edir;
Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması və risklərin qiymətləndirilməsini təmin edir;
LCR və NSFR likvidlik göstəricilərinin hesablanması, ödəniş müddətlərinin bölgüsü və likvidlik qəpi kimi təhlillərin aparılmasını təmin edir;
Biz sizə nə təklif edirik?
Karyera inkişafı üçün əlverişli mühit;
İdman zallarında endirim imkanları;
Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
Könüllü tibbi sığorta;
Həyatın yığım sığortasına qoşulmaq imkanı.