İş barədə məlumat
Kassa və maliyyə əməliyyatları:
Nağd və qeyri-nağd ödənişlərin (POS-terminal, nağd pul, bank köçürməsi və s.) qəbulu və düzgün uçotunun aparılması;
Mədaxil və məxaric orderlərinin tərtibi və məlumat bazasına əlavə olunması;
Günlük kassa qalığının və hesabatların düzgünlüyünün yoxlanılması, nəticələrin mühasibatlığa təqdim edilməsi;
Kassada olan pul və qiymətli kağızların qorunması qaydalarına riayət edilməsi;
Sənədləşmə və hesabatlılıq:
Qaimə, təhvil-təslim aktlarının və sığorta blanklarının arxivləşdirilməsi və uçotunun aparılması;
Kassa aparatının fasiləsiz fəaliyyətinə nəzarət və texniki xidmətə vaxtında məlumat verilməsi;
Əskinaz yoxlayan və hesablayan cihazlardan düzgün istifadə, saxta əskinazların vaxtında aşkarlanması;
Müştəri xidməti və kampaniyalar:
Müştəri ödənişlərinin qəbulu və təsdiq sənədlərinin təqdim olunması;
“Radius+” loyallıq proqramı çərçivəsində kartların verilməsi;
Müştəri məlumatlarının və əməliyyatlarının məxfiliyinə ciddi riayət olunması;
Kommersiya sirrinin qorunması.
İş şəraiti:
İş qrafiki: növbəli;
İş rejimi: Həftənin 6 günü; istirahet günü həftə içi;
İş yeri: Babək pr., M.H.Kazımov küç., 8;
Əmək haqqı: 600 AZN;
Əmək münasibətləri: rəsmi əmək müqaviləsi əsasında;
Nahar şirkət tərəfindən qarşılanır;;
Şirkət: Radius Təkər Mərkəzi.