İş barədə məlumat
İş şərtləri:
İş yeri: Bayıl Plaza
İş qrafiki: 5/2
Tibbi sığorta
Nahar şirkət tərəfindən təmin olunur
Fərdi inkişaf planı çərçivəsində təlim imkanları
Vəzifə öhdəlikləri:
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (ERP-də) düzgün əks etdirilməsini təmin etmək.
Mühasibat uçotunun qanunvericiliyə uyğun aparılması və hesabatlılığın təmin olunması.
Layihələrə dair gəlir və xərcin uçotu.
Əsas vəsaitlərin uçotunun aparılması, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət etmək.
Bank əməliyyatlarının təşkili və idarə olunması.
Subpodratçı və təchizatçılarla hesablaşmaların aparılması.
Layihə üzrə faktiki xərclərin müqayisəsi, maliyyə analizlərinin aparılması.
Vergi, DSMF və digər dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması, yazışmaların aparılması.
Maliyyə hesabatlarının (balans, mənfəət-zərər, pul axını və s.) hazırlanması.