İş barədə məlumat
sığorta ehtiyatlarının adekvatlığını qiymətləndirmək, bununla bağlı metod və prosedurları tətbiq etmək;
hesablamalar zamanı istifadə edilən fərziyyələrin adekvatlığını qiymətləndirmək;
maliyyə bazarlarından əldə olunan məlumatların, habelə anderraytinq riskləri üzrə sığortaçıda mövcud olan məlumatların hesablamada tam şəkildə nəzərə alınıb-alınmamasını qiymətləndirmək;
hesabat tarixinə formalaşdırılmış sığorta ehtiyatlarının hesablama nəticələrini əvvəlki rüblərlə müqayisə etmək və əhəmiyyətli fərqlər göstərilməklə sığorta ehtiyatlarının dəyişməsini təhlil etmək;
sığorta və təkrarsığorta müqavilələrinə daxil edilmiş şərtlərin, limitlərin və təminatların adekvatlığına dair təhlillər aparmaq;
sığorta ehtiyatlarının hesablama metodunun və istifadə olunan fərziyyələrin sığortaçının həyata keçirdiyi sığorta növlərinə və sığorta məhsullarının hazırlanması ilə bağlı fəaliyyətə uyğunluğunu yoxlamaq;
sığorta ehtiyatları ilə bağlı hesablamalardakı uyğunsuzluqları aşkar etmək və zəruri hallarda düzəlişlərin edilməsi üzrə təkliflər vermək;
müxtəlif hesabat tarixləri arasındakı məlumatlarda, metodologiyalarda və ya fərziyyələrdə aparılmış dəyişiklikləri əsaslandırmaq;
sığorta ehtiyatları ilə bağlı hesablama aparmaq üçün istifadə edilən informasiya texnologiyaları sistemlərinin aktuar və statistik təhlil proseslərinin effektiv icrasına imkan verib-verməməsini yoxlamaq, eyni zamanda hesablamada istifadə olunan daxili və kənar məlumatların keyfiyyətini qiymətləndirmək və məlumatların keyfiyyətinin yaxşılaşdırılması üçün sığortaçının daxili prosedurlarına dəyişiklik edilməsi üzrə tövsiyələr vermək;
hesabat tarixinə formalaşdırılmış sığorta ehtiyatlarını sığorta ödənişləri ilə müqayisə etmək, fərqləri və onları yaradan səbəbləri təhlil etmək, habelə təhlilin nəticələrini mövcud hesablamaların yaxşılaşdırılmasında (hesablama metodunun və ya fərziyyələrin dəyişdirilməsi də daxil olmaqla) istifadə etmək.
sığorta haqlarının sığorta ödənişləri və sığorta məhsulları üzrə xərclərin ödənilməsinə adekvatlığını yoxlamaq;
inflyasiya, kredit, bazar, hüquqi, əməliyyat, likvidliyin itirilməsi və digər əsas risklərin sığortaçının portfelinə təsirlərini təhlil etmək;
sığorta portfelinin zərərliliyini təhlil etmək, portfelə yüksək zərərli risklərin cəlb edilib-edilmədiyini və bu istiqamətdə aparılan prosedurların effektivliyinin təhlilini aparmaq;
yeni sığorta məhsullarının buraxılmasının və ya mövcud sığorta məhsullarının şərtlərinin dəyişdirilməsinin sığortaçının gəlirlərinə təsirini təhlil etmək, eləcə də bu məhsulların tarifi, sığorta ehtiyatları və təkrarsığortalanması barədə rəy vermək;
sığorta məhsulları üzrə mövcud anderraytinq məhdudiyyətlərini təhlil etmək;
sığortaçının anderraytinq siyasəti ilə risk profili və risk iştahası arasında uyğunluq, sığorta məhsulları üzrə sığorta tariflərinin adekvatlığı, sığortaçının fəaliyyətinin gəlirliliyinə təsir edən başlıca risklərin təhlillərini də əhatə etməklə qəbul olunan sığorta və təkrarsığorta riskləri üzrə yekun məsləhət və tövsiyələr vermək.
sığortaçının risk profilini və anderraytinq siyasətini təhlil etmək;
təkrarsığortaçıların maliyyə dayanıqlılığının təhlil edildiyinə nəzarət etmək;
böhran ssenariləri zamanı anderraytinq siyasətinə müvafiq olaraq təkrarsığorta müqavilələri üzrə alınması gözlənilən maksimum təkrarsığorta təminatı məbləğlərini təhlil etmək;
təkrarsığorta müqavilələrinə münasibətdə sığorta ehtiyatlarında təkrarsığortaçıların payının hesablanmasını təhlil etmək;
sığortaçının təkrarsığorta siyasəti ilə risk profili və risk iştahası arasında uyğunluq, təkrarsığorta təminatının adekvatlığı, sığorta ödənişlərində təkrarsığortaçının payı üzrə təhlilləri də əhatə etməklə ötürülən sığorta və təkrarsığorta riskləri üzrə yekun məsləhət və tövsiyələr vermək.
Əmək şəraitinin şərtləri:
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.