İş barədə məlumat
İllik Daxili Audit iş planına uyğun olaraq audit yoxlamalarının məsləhət layihələri və tədbirlər planının icra statusunun monitorinqinin aparılması;
Daxili audit strategiyası, audit metodologiyası və digər normativ sənədlərin, risk əsaslı audit proqramının hazırlanmasında iştirak etmək;
Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarını həyata keçirmək;
Daxili audit fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə, Daxili Audit Xidmətinin əsasnaməsinə, Azərbaycan Respublikasının üzv olduğu Daxili Auditorlar İnstitutu (DAİ) tərəfindən müəyyən edilmiş peşə standartlarına, prinsiplərə, təlimatlara, qaydalara, habelə Daxili Audit Metodologiyasından irəli gələn tələblərə əməl etmək;
Mühasibat uçotu yoxlamalarının aparılmasının, maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının “Qanunvericilik və Beynəlxalq standartlara” uyğun olaraq yoxlanılması və təhlili;
Təsdiq olunmuş plana əsasən monitorinqlərin və yoxlamaların aparılması;
İdaəetmə, daxili nəzarət və risklərin idarə olunması sistemlərinin təkminləşdirilməsi, bu sistemlərin adekvatlığının və effektivliyinin qiymətləndirilməsi;
Biznes proseslər haqqında məlumatları təhlil etmək auditini aparmaq ;
Sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş normativlərin və icrası məcburi olan göstərişlərin, digər norma və məhdudiyyətlərin yerinə yetirilməsi üzrə nəzarətin işləkliyinin yoxlanılması;
Müstəqil (kənar) audit proseslərinə dəstək olmaq;
Şirkətin daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək;
Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin auditini aparmaq;
Risklərin idarə olunması sisteminin effektivliyinin qiymətləndirilməsi;
Ehtiyatlardan istifadənin səmərəliliyi, düzgünlüyü, onlardan istifadəyə nəzarəti və zərərdən mühafizə olunmanın yetərliliyini qiymətləndirmək;
Əlavə məlumat:
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: Bakı şəhəri
Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq razılaşma yolu ilə
Tibbi sığorta təminatı
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.