İş barədə məlumat
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və azqiymətli əşyalarının uçotu üzrə mühasibin (“mühasib”) rolu: mühasibat uçotu və nəzarətin mütərəqqi forma və metodlarından istifadə etməklə əsas vəsaitlərin və digər maddi qiymətlilərin uçotunun səmərəli təşkilinin təmin edilməsi.
Vəzifə öhdəlikləri:
Əsas vəsaitlər, qeyri-maddi aktivlər və azqiymətli əşyaların ERP sistemdə ilkin uçota alınması, istismara verilməsi, silinməsi, yerdəyişməsi, amortizasiya siyasətinə uyğun olaraq amortizasiya metodlarının tətbiq edilməsi
İnventarizasiya nəticələrini ERP sistemdə əks etdirməsi
İcarə haqqı xərclərinin sifarişlərinin ERP sistemə daxil edilməsi
ERP sistemə yeni xidmət nomenklaturalarının əlavə edilməsi
Əsas vəsaitlər, qeyri-maddi aktivlər və azqiymətli əşyalarla bağlı hesabatların təqdim edilməsi