Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Daxili nəzarət şöbəsi Aparıcı / Baş mütəxəssisi

Razılaşma
Premium Bank

Baxışların sayı: 36

Elan #16420

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
05.11.2025
Bitmə tarixi
03.12.2025
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Maliyyə
Alt kateqoriya
Digər

İş barədə məlumat

Satınalma, Bankın xərclərinin sənədləşməsinə və müxabirləşməsinə nəzarət;
Debitor və kreditorlarla işin təşkilinə nəzarət;
VISA, MASTERCARD, Azerikard və ölkədaxili ödəniş sistemləri tərəfindən təqdim edilən invoysların araşdırılması və hesablaşmalara nəzarət;
Plastik kartlar, bankomatlar və ödəniş terminalları ilə icra edilən əməliyyatların monitorinqinin həyata keçirilməsi, şübhəli əməliyyatların aşkarlanması;
Ödəniş sistemləri sahəsində qanun pozuntusu (dələduzluq, sui istifadə və s.) hallarının aşkarlanması və araşdırılması tədbirlərini həyata keçirmək;
Proses və əməliyyatlar üzrə nəzarət boşluqlarını aşkarlamaq və nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
Nəzarət mexanizminin gücləndirilməsi üçün yeni alətlərin hazırlanmasında və tətbiqində iştirak etmək;
Bankda aparılan əməliyyatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu monitorinq etmək və baş verən kənarlaşmaların aradan qaldırılması istiqamətində tədbirlər görmək;
Ödəniş sistemlərinə aid onlayn portallar vasitəsilə fraud ehtimalı olan əməliyyatlarla bağlı işin təşkili;
Partnyorlara təqdim olunmuş terminalların bankın daxili prosedurlarına uyğun verilməsini, təyin olunmuş tarif, fəaliyyət kodunun düzgünlüyünün yoxlanılması üçün aidiyyəti struktur tərəfindən yerində monitorinqin aparılmasına nəzarət etmək;
Fırıldaqçılıq hallarının qarşısının alınması məqsədilə nəzarət prosesinin gücləndirilməsi istiqamətində yeni alət və mexanizmlərin hazırlanması və tətbiqində iştirak etmək

İş şəraiti:

Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə
İş saatı 09:00-dan 18:00-dək
İstirahət günləri: şənbə və bazar günləri
Əmək haqqı: ştat üzrə vəzifəyə uyğun ödəniləcəkdir.

Namizədə tələblər

Ali təhsil;
Bank sahəsində 3 il iş təcrübəsi tələb olunandır (Maliyyə, daxili nəzarət, audit və ya plastik kart sahəsində minimum 2 ildən artıq iş təcrübəsi olan namizədlər dəyərləndiriləcəkdir);
Bank əməliyyatları və bank qanunvericiliyi barədə yüksək səviyyədə bilikli olmaq;
Kart və kart əməliyyatları barədə bilikli olmaq;
Rəqəmsal ödənişlər üzrə ödəniş sistemlərinin qayda və tələblərinə uyğunluğun yoxlanılması bacarığına malik olmaq;
Rəqəmsal ödənişlər üzrə ölkə qanunvericiliyinin və ödəniş sistemlərinin qayda və tələbləri barədə məlumatlı olmaq;
Ən çox yayılmış fraud halları barədə məlumatlı olmaq və qarşısının alınması istiqamətində atılmalı addımları müəyyənləşdirməyi bacarmaq;
Yaxşı səviyyədə MS Excel biliyinə malik olmaq;
Təhlil etmə və risk faktorlarını aşkarlama bacarığı.

E-mail:cv@premiumbank.az / info@finstaff.az