Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Qeyri maliyyə risklərinin idarə edilməsi şöbəsinin müdiri

Razılaşma
PASHA Life

Baxışların sayı: 50

Elan #16410

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
04.11.2025
Bitmə tarixi
02.12.2025
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Maliyyə
Alt kateqoriya
Maliyyəçi

İş barədə məlumat

Qeyri-maliyyə (əməliyyat, IT və s.) risklərin idarəedilməsi üzrə daxili alətlər/modellər yaratmaq, tətbiq etmək və təkmilləşdirmək;
Cəmiyyətin fəaliyyəti nəticəsində yaranan riskləri aşkar etmək, qiymətləndirmək, nəzarət etmək və minimallaşdırmaq, monitorinqin effektiv aparılması üçün tədbirlər görmək;
Cəmiyyətin strateji hədəflərinə uyğun əməliyyat riski iştahasının müəyyənləşdirilməsi ilə bağlı təkliflər vermək;
Cəmiyyətin qəbul etdiyi məqbul risk səviyyələrinə əməl olunmasını nəzərdən keçirmək, kənarlaşmalar barədə məlumat vermək və onların aradan qaldırılması üzrə tədbirlər planı hazırlamaq;
Cəmiyyətdə risk mədəniyyətinin formalaşmasında, qiymətləndirilməsində və bununla bağlı müvafiq proqramlarda iştirak etmək;
Risklərin idarəedilməsi prosesinə adekvat və səmərəli nəzarət prosedurlarının müəyyən olunması və təkmilləşdirilməsinə dair təklifləri RİK-ə təqdim etmək;
Aidiyyəti struktur bölmələrlə birgə illik qlobal həssaslıq (stress) testləri həyata keçirmək və gözlənilməz risklərin azaldılması ilə bağlı tədbirlər planının hazırlanmasında risk sahiblərinə dəstək göstərmək, biznesin təhlükəsizlik planı üzrə işlərə nəzarət etmək, təkliflər vermək;
Qeyri-maliyyə (əməliyyat, IT və s.) risklərinin dinamikasını izləmək və daimi nəzarətdə saxlamaq, bununla bağlı hesabatların hazırlanması;
Qeyri-maliyyə (əməliyyat, IT və s.) riskləri üzrə risk xəritəsini və hadisələrin məlumat bazasını yaratmaq və davamlı olaraq nəzarət etmək;
Daxili insidentlər, itkilər, sistemdə dayanmalar haqqında struktur bölmələrdən məlumatlar toplamaq və onların səbəblərini araşdırmaq;
Əsas risk indikatorlarını müəyyənləşdirmək, tətbiq etmək və onların təhlilini aparmaq.

Biz nə təklif edirik:

Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
Ödənişsiz dayanacaq imkanının təmin olunması;
Dəyərlisən platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Namizədə tələblər

İş təcrübəsi: Risklərin idarəedilməsi sahəsi üzrə 3-5 il iş təcrübəsi tələb olunur.
Təhsili: Maliyyə , Biznesin idarəedilməsi və ya digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi
Dil bilikləri: İngilis dili:əla
Üstünlüklər: GRC kimi alətlərdə təcrübə
Kompüter bilikləri: MS Office:əla
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, Müştəri yönümlülük, İnam yaratma, Komanda işi, Əməkdaşlıq, Keyfiyyət yönümlülük, Məlumat əldəetmə, Problem həlletmə

E-mail: office@pasha-life.az / info@finstaff.az