İş barədə məlumat
• Yerli və xarici valyuta bazarlarında valyutaların alqı/satqı məzənnələrinin daim izlənilməsi və bu barədə Xəzinədarlıq departamentinin direktoruna daim sistematik məlumatların verilməsi;
• Bank müştərilərinin, o cümlədən filialların xarici valyutalar üzrə tələblərinin qarşılanması üzrə rəhbərliyə məlumat verilməsi və icrasının həyata keçirilməsi;
• Gündəlik şəkildə dünyada baş verən məzənnə dəyişikliklərinə reaksiya verərək, yeni kursun Azərbaycan Mərkəzi Bankına nəzərən tərtib edilməsi, bankın aidiyyatı əməkdaşlarına ötürülməsi;
• Sistemdə filialların və müştərilərin konvertasiya sifarişlərinin, müştəri köçürülmələrinin düzgünlüyünə nəzarət edilməsi, yoxlanılması;
• Yerli və xarici əməkdaş banklarla əlaqə saxlanılması və əqdlərin bağlanılması;
• AVM-ə nəzarəti həyata keçirilməsi və idarə edilməsi;
• Maliyyə bazarları üzrə əqdlərə nəzarət bölməsi əməkdaşları ilə əməliyyatların 4 göz prinsipi ilə yoxlanıması.