Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Risk Monitorinqi və EXS qrupuna Kiçik mütəxəssis

Razılaşma
PASHA Bank

Baxışların sayı: 98

Elan #16374

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
27.10.2025
Bitmə tarixi
23.11.2025
Əlaqədar şəxs
HR
Kateqoriya
Bank
Alt kateqoriya
Digər

İş barədə məlumat

• Kredit portfelində erkən xəbərdarlıq siqnallarının müəyyən edilməsi və monitorinqinə təşəbbüs göstərmək və razılaşdırılmış işlərin icrasına dəstək;
• Sənaye spesifik risk indikatorlarının təhlili və modelləşdirilməsinə təşəbbüs göstərmək və icra etməyə dəstək göstərmək;
• Kredit risklərinin alternativ təhlil metodlarının hazırlanmasına (model əsaslı və modeldən kənar yanaşmalar) dəstək göstərmək;
• Müştəri səviyyəsində risk faktorlarının və siqnalların təhlilinə təşəbbüs göstərmək və razılaşdırılmış işlərin icrasına dəstək göstərmək;
• Scorecard və digər risk qiymətləndirmə alətlərinin təkmilləşdirilməsinə təşəbbüs və razılaşdırılmış işlərin icrasına dəstək göstərmək;
• Makro və mikro iqtisadi tendensiyaların kredit portfelinə təsirinin qiymətləndirilməsinin tətbiqini həyata keçirmək və razılaşdırılmış işlərin icrasına dəstək göstərmək;
• Risk identifikasiyası əsasında tədbir planlarının hazırlanması və düzgünlüyünün yoxlanılmasına dəstək göstərmək;
• Bankın digər bölmələri ilə əməkdaşlıq edərək risklərin erkən aşkarlanmasının təşkili və izlənməsinə dəstək göstərmək;
• Model nəticəsi əsasında riskli olan müştərilərin tərtibi və tədbir planının düzgün həyata keçirilməsini təmin etmək;
• Tədbir planlarının hazırlanması və icrasına nəzarət. Tədbir planlarının effektivliyini ölçmək;
• Müxtəlif risk faktorlarının təsirini qiymətləndirmək üçün analitik/ekspert, statistik, həmçinin risklərin erkən aşkarlanması üçün EXS modellərin hazırlanmasına dəstək göstərmək;
• Kredit portfeli və müştəri davranışlarında olan dəyişikliklər nəzərə alınaraq, modellərin mütəmadi olaraq yenilənməsi və optimallaşdırılması və razılaşdırılmış işlərin icrasıa dəstək göstərmək;
• EXS və Risk modellərinin nəticələrinə əsaslanan hesabatların hazırlanması və inkişaf etdirilməsinə dəstək göstərmək;
• Model əsasında ölçülmüş risklərin idarə olunmasına dair tədbirlər planın təşkili, daxili siyasətlərin, prosedurların hazırlanması, cari vəziyyətə uyğunlaşdırılması /inteqrasiyasını təmin etmək;
• Riskli müştərilər üçün riskin qabağın ala biləcək tədbirləri öyrənmək və tətbiq etmək və s.

Namizədə tələblər

• Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;
• Lisenziya / Sertifikat: CFA, FRM və ya digər müvafiq sertifikatlar üstünlükdür;
• Xarici dillər: İngilis dili – yaxşı səviyyədə, Rus dili – arzuolunandır;
• Kompüter bilikləri: MS Excel (mandatory) və SQL, Phyton, R (arzu olunandır);
• Məhsul üzrə biliklər: Erkən xəbərdarlıq sistemləri, risk trigerləri və alternativ risk metodologiyaları haqqında biliklər;
• Bazar üzrə biliklər: Makro və mikro iqtisadi tendensiyalar, sənaye spesifik risk faktorları və kredit portfeli risklərinin idarə edilməsi, Kredit ilə bağlı Mərkəzi Bank qaydalarının, həmçinin bankdaxili Kredit Risk proses, qayda və metodologiyalarından məlumatlı olması;
• Başqa tələblər: Maliyyə hesabatı anlayışı, Güclü ünsiyyət və kommunikasiya bacarıqları, Yenilikçi düşüncə və özünü inkişaf etdirməyi təşviq etmək. Analitik düşüncə, məlumatların təhlili və vizuallaşdırılması, hesabat vermə. Xarici risk faktorlarını və dinamikasını kredit portfelinə tətbiq etmək bacarığı.

E-mail:recruitment@pashabank.az / info@finstaff.az.