Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Maliyyə meneceri

Razılaşma
Green Tech

Baxışların sayı: 384

Elan #16365

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
23.10.2025
Bitmə tarixi
21.11.2025
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Maliyyə
Alt kateqoriya
Maliyyəçi

İş barədə məlumat

• Xidmətlər üzrə alış əməliyyatlarının 1C ERP sistemində işlənməsinə nəzarət etmək, əməliyyatların düzgün və vaxtında uçota alınmasını təmin etmək;
• Kommunal alış əməliyyatlarını icra etmək və onların aidiyyatı üzrə dəqiq bölüşdürülməsini təmin etmək;
• Müqavilələrin ERP sisteminə daxil edilməsini və zərər aktlarının düzgün tərtib olunmasını təmin etmək;
• Satış və geri qaytarma əməliyyatlarının sistemdə işlənməsi və müvafiq nəzarətin həyata keçirilməsi;
• ERP bazasında satınalma qiymətlərinin və hesabların düzgünlüyünə nəzarət etmək;
• Ayın bağlanması prosesində və maliyyə–mühasibat uzlaşmalarında iştirak edərək dəstək göstərmək;
• Bank əməliyyatlarının ERP sistemində işlənməsini təmin etmək, hesablardakı qalıqları yoxlamaq və təsdiqləmək;
• Hüquqi məsələlər üzrə hüquqşünasla koordinasiyanı həyata keçirmək və tələb olunan məlumatların təqdim olunmasını təmin etmək;
• Banklarla sənədləşmə və hesabat proseslərinin icrasına nəzarət etmək;
• Ödənişlərin internet bankinq sistemi vasitəsilə təsdiqlənməsini həyata keçirmək;
• Təhtəl hesabların və xərclərin düzgün uçotunun aparılmasını təmin etmək;
• İxrac və idxal əməliyyatlarının ERP sistemində işlənməsi və hesabatlılığının təmin olunması;
• Xarici bazar üzrə məsrəflərin uçotunun aparılması və müvafiq hesabatların hazırlanması;
• Mühasibatlıq bölməsinin fəaliyyətinə ümumi nəzarət və metodiki dəstək göstərmək.

İş barədə məlumat

İş qrafiki: 09:00-18:00 ( 5 günlük iş qrafiki);
Iş yeri Binə qəsəbəsində yerləşir;
Gediş-gəliş şirkət tərəfindən təmin edilir;
Nahar şirkət tərəfindən təmin edilir;
Əmək haqqı razılaşma yolu ilə.

Namizədə tələblər

• Ali təhsil (maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində);
• Baş mühasib və ya maliyyə sahəsində 8 ildən yuxarı iş təcrübəsi;
• Beynəlxalq maliyyə və ya mühasibatlıq sertifikatlarının olması üstünlükdür;
• 1C ERP (8.3) proqramında minimum 3 il praktiki iş təcrübəsi;
• Microsoft ofis -Excel (advanced səviyyədə);
• Vergi və maliyyə hesabatlarının hazırlama bacarığı mütləqdir;
• Mühasibat uçotunu mütləq bilməli, müxabirləşmə bacarığı olmalıdır;
• Microsoft Power BI – maliyyə göstəricilərinin vizual təhlili və dashboard hazırlanması üçün praktiki biliklər;
• Analitik düşünmə bacarığı;
• Məsuliyyət və etibarlılıq;
• Kənd təsərrüfatı sahəsində mühasibat uçotunun aparılması üzrə biliklər arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@greentech.az / info@finstaff.az elektron ünvanına göndərə bilərlər.