İş barədə məlumat
• Günlük bank əməliyyatlarının icrasını və ödəniş tapşırıqlarının hazırlanmasını təmin etmək;
• 1C mühasibat proqramında ilkin sənədlərin və əməliyyatların qeydiyyatını aparmaq;
• Qaimə-fakturaların və e-qaimələrin tərtibi, göndərilməsi və uçotunun aparılması;
• Mühasibat uçotu üzrə gəlir və xərclərin təsnifatı, hesablar planı və müxabirləşmələrin düzgünlüyünü təmin etmək;
• Bank hesabları, ödəniş cədvəlləri, müqavilələr və təchizatçılarla hesablaşmaların uçotunu aparmaq;
• Aylıq və rüblük maliyyə hesabatlarının hazırlanması, o cümlədən:
• Profit and Loss (P&L) – gəlir və xərclərin təhlili və nəticənin hesablanması;
• Balance Sheet – aktivlər, öhdəliklər və kapitalın balanslaşdırılmış uçotu;
• Cash Flow Statement – pul vəsaitlərinin hərəkətinin (operativ, investisiya və maliyyə fəaliyyətləri üzrə) tərtibi;
• Excel-də analitik cədvəllərin, dinamik hesabatların və maliyyə göstəricilərinin hazırlanması (formullar, pivot table, maliyyə analizləri).
İş haqqında məlumat:
İş qrafiki: 09:00-18:00
Əmək haqqı müsahibə əsasında təyin ediləcək
İş ünvanı: Toyota Abşeron Mərkəzi (Masazır dairəsinin yanı)