İş barədə məlumat
Komandanın işinin təşkili: tapşırıqların verilməsi, zənglərə nəzarət, zəng siyahılarının bölüşdürülməsi, şablon və ya tapşırıq əsasında baza hesabatların hazırlanması, kampaniya zənglərinin kontrolu.
KPI göstəricilərinə nəzarət: ödəniş planlarının icrası, ödənişə çevrilmə faizi, uğurlu əlaqə sayı.
İşçilərin motivasiyası: zənglərin təhlili, təlimlər, kouçinq, mini-treninqlərin keçirilməsi.
Digər şöbələrlə koordinasiya: hüquq, analitika, IT (CRM, dialer üzrə məsələlər).
Rəhbərlik üçün hesabatların hazırlanması: gündəlik və həftəlik qrup nəticələrinin ümumiləşdirilməsi.
Şəxsi keyfiyyətlər:
Lider — komandanı arxasınca apara bilən, eyni zamanda hörmət və nəzarəti saxlayan.
Ünsiyyətcil — tapşırıqları həm rəhbərliyə (yuxarı), həm də operatorlara (aşağı) düzgün çatdıra bilən.
Stressə davamlı — geri qaytarma işi daim müştərilərdən gələn neqativlə müşayiət olunur, həm özünü, həm də komandanı kontrol edə bilməlidir.
Təşkilatçı — iş yükünü düzgün bölən, iş qrafikinə, növbələrə və fasilələrə nəzarət edən.
Təlimçi/Mentor — yeni işçiləri öyrətməyi, zəif operatorları inkişaf etdirməyi bacaran.
Biz təklif edirik:
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
Rəqabətqabiliyyətli əməkhaqqı
Peşəkar mütəxəssislərdən ibarət komandada iş imkanı
İş şəraiti:
İş qrafiki: (Bazar ertəsi - Cümə, 10:00-19:00, 2/2 növbəli sistemə keçid mümkün ola bilər)
Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə
Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə
Gələcəkdə məsafədən (remote) işləmə imkanı.
Əmək haqqı: 2 000 manat gross + aylıq bonus