İş barədə məlumat
Vakansiya: Mühasib
Şirkət:Legacy Motor and Service MMC
Ünvan: Gəncə şəhəri, Əsəd Gəncəvi küçəsi
Mühasibat uçotu sahəsində güclü biliklərə, analitik düşüncə qabiliyyətinə və maliyyə hesabatlarının hazırlanmasında təcrübəyə malik namizədlər axtarılır!
•Maliyyə və mühasibat əməliyyatlarının və uçotunun aparılması;
•Vergi, DSMF, Statistika və digər hesabatların hazırlanması;
•Bank əməliyyatlarının icrası və uçotunun aparılması;
•Mühasibat sənədlərinin düzgün və vaxtında tərtib olunması;
•Maliyyə hesabatlarının (BS, PL və s.) hazırlanması;
•Əməkhaqqı, ezamiyyə və digər ödənişlərin hesablanması və uçotu;
•Audit yoxlamalarına dəstək verilməsi və tələb olunan məlumatların təqdim edilməsi;
•Rəhbərliyə dövri maliyyə məlumatlarının təqdim edilməsi.
Əməkhaqqı Gəncə üçün təxminən 1000-1500 arası olacaq. Namizədə görə dəyişəcək