Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Enerji effektivliyi departamenti– Hesabatlıq sektorunun baş mütəxəssisi

Baxışların sayı: 22

Elan #16227

Şəhər
Bakı
Yaş
25 - 34 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
01.10.2025
Bitmə tarixi
29.10.2025
Əlaqədar şəxs
HR
Kateqoriya
Maliyyə
Alt kateqoriya
Digər

İş barədə məlumat

Aylıq, rüblük və illik idarəetmə hesabatlarını və maliyyə modellərini hazırlamaq, müxtəlif maliyyə təhlillərini aparmaq və nəticələri təqdim etmək;
Layihələrdə maliyyə təhlili ilə iştirak edərək qərarvermə prosesinə töhfə vermək;
Müvəkkil kredit təşkilatlarından daxil olan məlumatları qəbul etmək və onların hesabatını aparmaq;
Vəsaitdən təyinatı üzrə istifadə olunmasına nəzarət prosesində iştirak etmək;
Yeni qanunvericilik aktlarını izləmək və tətbiqi ilə bağlı təkliflər hazırlamaq;
Layihə icraçıları tərəfindən təqdim olunan dövri və yekun hesabatları təhlil edib məlumatların doğruluğunu yoxlamaq və qiymətləndirmə aparmaq;
Layihənin icrası dövründə onun monitorinqinə qatılmaq və texniki dəqiqləşdirmələr üçün sahə ziyarətlərində iştirak etmək;
Enerji effektivliyi sahəsində beynəlxalq və yerli maliyyələşdirmə mexanizmlərinin araşdırmaq;
İctimaiyyət və maraqlı tərəflər üçün təqdim ediləcək hesabatların vizual, aydın və əlçatan formada tərtib edilməsini təmin etmək;
Sektorun fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək;
Sahəsinə uyğun normativ sənədlərin hazırlanması və ya hazırlanmasında iştirak etmək;
Maliyyə risklərinin təhlili prosesində lazımi hesabatlıqların tərtib edilməsi, digər məlumatların analizlərinin həyata keçirilməsi;
Hesabatlıq sahəsində beynəlxalq təcrübəni öyrənmək və onun tətbiqi imkanlarını araşdırmaq;
Departamentin Əsasnaməsinə uyğun olaraq müəyyən edilmiş vəzifələrin icrasının həyata keçirilməsi;

Digər:

Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.

Namizədə tələblər

Ali iqtisadi təhsil;
Maliyyə analizi, risklərin idarə edilməsi və ya bank işi sahəsində minimum 4 il iş təcrübəsi.
MS Office (xüsusilə yüksək səviyyədə Excel bilikləri) proqramlarından istifadə bacarığı.
Azərbaycan dilini səlis bilməli, ingilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır.
Enerji effektivliyi və ya yaşıl maliyyə sahəsində anlayış və maraq.
ACCA F3, FMVA və ya CFA sertifikatının olması arzuolunandır.
Maliyyə prinsipləri, korporativ maliyyə və analitik təhlil sahəsində dərin biliklər.


E-mail:vacancy@regulator.gov.az / info@finstaff.az