İş barədə məlumat
Bankın qısa nömrəsinə zəng qəbulu və Sosial Media hesablarına müştərilərdən daxil olan müraciətlərin (zəng, mesaj, şərh) cavablandırılması və lazım olduqda müvafiq struktur bölməyə yönləndirilməsi;
Müştərilərdən daxil olan şikayət və təkliflərə baxarkən daha ətraflı məlumat alınması və məlumatın doğruluğunu təsdiq edən sənədlərin tələb edilməsi;
Bütün Bank məhsulları və xidmətləri barədə müştərilərin həm səsli, həm yazılı müraciətlərinin cavablandırılması, ətraflı məlumatların verilməsi;
Müştərilərin məlumatlandırılması məqsədilə onların hüquq və öhdəlikləri, o cümlədən onların müraciətlərinə baxılması barədə sənədlərin hazırlanması və həmin sənədlərin müştərilərə təqdim edilməsi;
Bank daxil olan müraciətlərin xarakterindən asılı olaraq müştərilərlə yazılı, şifahi danışıqlar aparmaq, görüşlər təşkil etmək, məsləhət və izahatlar verilməklə müştəri məmnuniyyətinin təmin edilməsi;
Müraciətləri cavablandırarkən etik-davranış qaydalarına riayət edilməsi;
Əlavə araşdırma tələb edən müraciətlərin araşdırılması işinin təşkil edilməsi;
Satış yönümlü yazışmaların, danışıqların aparılması;
Daxil olan yazılı müraciətlərin qrammatik yazı qaydalarına uyğun cavablandırılması;
Sosial Mediada bank haqda rəylərin mütəmadi monitorinq edilməsi.
İş şəraiti:
İş saatı 09:00-dan 18:00-dək
İstirahət günləri: şənbə və bazar günləri