İş barədə məlumat
Daxili Audit üzrə kiçik mütəxəssis
İdarə: Daxili Audit
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz.
Sizin vəzifə öhdəlikləriniz:
Daxili audit yanaşmasını başa düşmək və ona dair bilikləri tətbiq etmək
Beynəlxalq daxili audit və mühasibat uçotu standartlarını başa düşmək və ona dair bilikləri tətbiq etmək
Şirkətlərin biznes prosesləri, onların daxili nəzarət sistemi və əməliyyatları barədə anlayışları inkişaf etdirmək
Verilmiş tapşırıqları və prosedurları daxili audit siyasətinə uyğun olaraq düzgün yerinə yetirmək
Məqsədləri, görülmüş işi, nəticələri müvafiq qaydada sənədləşdirilən işçi sənədləri hazırlamaq və tələb olunan vaxtda yoxlanış üçün təqdim etmək
Yoxlanılan sahədə tapılan bütün audit nöqsanlarını müvafiq rəhbərin nəzərinə çatdırmaq və tövsiyələr təklif etmək
Müxtəlif layihə ilə bağlı məsələlərdə müvafiq rəhbərə kömək etmək
Şirkətin heyəti və daxili audit komandası ilə lazımi ünsiyyəti saxlamaq
Davamlı olaraq texniki bacarıq və bilikləri peşəkar kvalifikasiyalar əldə edərək, təlimlərdə iştirak edərək, özünü oyrətmə və şöbənin təcrübəli üzvlərindən kömək istiyərək inkişaf etdirmək
Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək
Verilmiş tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək
Şirkətə aid məlumatların məxfiliyini təmin etmək
Biz nə təklif edirik?
Rəqabətli kompensasiya;
Performans əsasında həvəsləndirici və bonuslar;
Əlavə imtiyazlar;
Performansa əsaslanan mədəniyyət;
Müxtəlif təhsil və inkişaf imkanları;
Karyera inkişaf imkanı;
Hibrid iş imkanı;
Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;
Innovativ məhsullar və rəqəmsallaşma;
Beynəlxalq təcrübə;
Yüksək bacarığa malik peşəkar komanda;
Kross-funksional əməkdaşlıq;
Təcrübə mübadiləsi.