İş barədə məlumat
İş şəraiti
İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
Əmək haqqı: 3000 AZN
İş yeri: “Mayak Residence” (Zığ qəsəbəsi)
Vəzifə öhdəlikləri:
Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi mühasibat nəticələrinin dəqiq uçotunu təşkil etmək;
Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi;
Maliyyə hesabatlarının tərtib olunması (bəyannamələr, balans, mənfəət və zərər hesabatları və s.);
Bank əməliyyatlarının və kassa əməliyyatlarının uçotu;
Əmək haqqının, mükafatların və digər ödənişlərin hesablanması;
Gəlir və xərclərin təhlili, aylıq və illik maliyyə nəticələrinin hazırlanması;
Vergi və əmək qanunvericiliyinin tətbiqi;
Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək;
Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək;
Audit yoxlamaları, vergi yoxlamaları və digər nəzarət tədbirləri üçün lazımi sənədləri hazırlamaq və təqdim etmək;
Mühasiblərdən ibarət komandanı idarə etmək və onlara rəhbərlik etmək;
Daxili nəzarəti təmin etmək və qanunvericilik tələblərinə riayət etmək;
Nağd pul axını, debitor və kreditor borclarını və xərc mühasibatını izləmək;
Mühasibat uçotunun 1C proqramında tam və dolğun işlənməsini təmin edilməsinə nəzarət etmək.