İş barədə məlumat
İşin təsviri:
Debitor Borclar üzrə Mühasib şirkətə olan borcların düzgün uçotunu aparır, ödənişlərin vaxtında daxil olmasına nəzarət edir və debitor borcların idarə olunmasını təmin edir.
Responsibilities:
Debitor borclarının (avans və aylıq ödənişlər üzrə) uçotu, izlənməsi və analizi;
Müştərilərdən daxil olan pul vəsaitlərinin düzgün şəkildə 1C proqramında uçotunun aparılması;
Müştərilərlə ödənişlərlə bağlı koordinasiyanın həyata keçirilməsi, borcların yığılması;
Satışla bağlı ilkin uçot sənədlərinin və müqavilələrin yoxlanılması;
Hesab-fakturaların və elektron qaimə-fakturaların tərtibi və göndərilməsi;
Pul vəsaitlərinin daxilolma prosedurlarına nəzarət (o cümlədən internet banking üzərindən əməliyyatların yoxlanılması);
1C və Excel proqramlarında gündəlik əməliyyatların daxil edilməsi və izlənməsi;
Gündəlik və aylıq daxili hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
Rəhbərlik tərəfindən verilmiş digər mühasibatlıq yönümlü tapşırıqların icrası.