İş barədə məlumat
Sayım keçirilmiş mağazalarda anbar tərəfindən göndərilən sənədlərin və mağaza tərəfindən işlənilən sənədlərin qarşılaşdırılmasını icra etmək;
Aşkar olunmuş kənarlaşmaları depo və mağaza tərəfindən araşdırmaq;
Mağazalar üzrə mövcud mal və materialların sayımını həyata keçirmək;
İnventarizasiya zamanı, sayım dövriyyəsinə aid bütün sənədlərin yoxlanılmasını təmin etmək;
Anbar neqativlərinin araşdırılması, stokda neqativ yaradan sənədin aşkar olunması ve neqativ stokun aradan qaldırılmasını icra etmək.
İş şəraiti:
İş yeri: Baş Ofis (Tbilisi pr.)
İş rejimi: Tam
İş saatı: I-V günləri 09:00-18:00, VI günlər 09:00-15:00
Əmək haqqı: 600 - 800 AZN
Nahar yeməyi şirkət tərəfindən verilir.