Namizədə tələblər
Tam ali hüquqi və ya iqtisadi təhsil;
Minimum 5 il bank təcrübəsinin olması (komplayens, korporativ hüquq və ya audit sahələrində iş təcrübəsi üstünlük təşkil edir). Müəyyən hallarda (namizədin təhsili, biliyi və s. nəzərə alınmaqla) iş təcrübəsinə dair tələb edilən müddət azaldıla bilər;
Komandada işləmək bacarığı;
Məsuliyyətli, düzgün və etibarlı olmalı;
Xarici dil – ingilis dili əla səviyyədə;
MS Ofis proqramları, xüsusilə MS Ofis Excel və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı;
Analitik təhliletmə və analitik hesabat tərtib etmə bacarığı olmalı;
Əmək funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan qanunvericilik aktlarını və digər aktları bilməli;
Lisenziya/Sertifikat: komplayens və audit sahəsində sertifikatların mövcudluğu üstünlükdür.
Tələblərə uyğun olmayan və mail-da Mövzu qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan CV - lərə baxılmayacaq. CV - lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla və ya cv@xalqbank.az / info@finstaff.az ünvanına göndərilməlidir.