Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İşçi Bağlılığı və Kommunikasiyaları şöbəsi, Baş mütəxəssis

Razılaşma
PASHA Bank

Baxışların sayı: 59

Elan #16068

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
04.09.2025
Bitmə tarixi
02.10.2025
Əlaqədar şəxs
HR
Kateqoriya
Bank
Alt kateqoriya
Digər

İş barədə məlumat

• Daxili maraqlı tərəflərlə əməkdaşlıq edərək, işçi kommunikasiya məzmununu ümumi bank məqsədləri və mesajlarına inteqrasiya etmək, işçi kommunikasiya strategiyasının inkişafını dəstəkləmək və strategiyanın icrasını təmin etmək. “Employer Value Proposition (EVP)” konseptinə uyğun daxili layihələrin yaradılmasını və tətbiqini idarə etmək.
• Daxili kommunikasiya olunmasını dəstəkləyən, bankın korporativ mədəniyyətini formalaşdırmağa, əməkdaşlığı artırmağa və nəticələr əldə etməyə kömək edən xüsusi kommunikasiya fəaliyyət planları, planlama və müəyyən edilmiş nəticələri yaradır. İşçi bağlılığı göstəricilərinə əsaslanan fəaliyyət planlarını qurmaq, nəticələri ölçmək və rəhbərliyə hesabat təqdim etmək.
• Ümumilikdə, işçilərin korporativ həyatında fərq yaratmaq və komanda üzvləri arasında dəyərləri yaşatmaq, möhkəmləndirmək. Fərqli əməkdaş seqmentləri üçün (gənc əməkdaşlar, rəhbər heyət, satış komandaları və s.) hədəfli kommunikasiya kampaniyaları hazırlamaq.
• Daxili auditoriya üçün, təqdimatları, ssenariləri, iclas sənədlərini, daxili kommunikasiya məqalələrini və əməkdaşlarla bağlı layihələr irəli sürmək, kommunikasiya mətnləri və e-mailləri daxil olmaqla, kontent hazırlamaq, redaktə etmək və kommunikasiya materialları hazırlamaq.
• Daxili maraqlı tərəflər tərəfindən hazırlanmış kommunikasiya materiallarını nəzərdən keçirmək və redaktə etmək, mesajların daxili strategiya və üslub ilə uyğun olduğundan əmin olmaq üçün tövsiyələr vermək.
• Daxili kommunikasiya platformalarının aktivliyini yaratmaq və artırmaq üçün kontent plan hazırlamaq, həyata keçirilməsinə birbaşa nəzarət etmək. Daxili kommunikasiya layihələrində dijital transformasiya, innovativ yanaşmalar və texnologiya əsaslı həllərin tətbiqini təşviq etmək.
• Daxili qaydaların tənzimlənməsini həyata keçirmək.
• Sosial media və daxili kommunikasiya fəaliyyətlərini dəstəkləyərək güclü işçi dəyəri təklifini təqdim etmək, həmçinin intranet, Yammer və digər kanallarda (onlayn və oflayn) düzgün strukturu və yüksək keyfiyyətli məzmunu qorumaq.
• Müxtəlif daxili işçi qruplarının işini əməkdaşlıq edərək dəstəkləmək.
• İşçi kommunikasiya strategiyasının və metodlarının təsirini davamlı olaraq yaxşılaşdırmaq, ölçmək və qiymətləndirmək.

Namizədə tələblər

• Təhsil: Kommunikasiya və ya digər müvafiq sahədə bakalavr təhsili. Magist təhsili üstünlükdür
• İş təcrübəsi: ümumi iş təcrübəsi 3-5 il; Daxili kommunikasiya üzrə vəzifələrdə ən az 3 il iş təcrübəsi arzuolunandı
• Lisenziya/Sertifikat: Üstünlükdür
• Xarici dil bilikləri: Azərbaycan dili (sərbəst), ingilis dili (sərbəst), rus dili bilənlərə üstünlük verilir
• Kompüter bilikləri: MS Office proqramları
• Digər: Ünsiyyət və danışıq qabiliyyəti, yazı və vaxtın idarə edilməsi, təqdimat bacarıqları
• Güclü strateji düşüncə və layihə idarəetmə bacarığı.
• Kreativ yanaşma və müasir daxili kommunikasiya trendlərini (gamification, design thinking, digital storytelling, hybrid workplace engagement və s.) bilmək.
• Məlumat analizi və sorğu nəticələri əsasında fəaliyyət planı hazırlamaq bacarığı.
• Müxtəlif platformalarda (intranet, Yammer, MS Teams, korporativ sosial şəbəkələr) yüksək keyfiyyətli kontent hazırlamaq və idarəetmə bacarığı.
• Güclü stakeholder management – rəhbərlik və müxtəlif şöbələrlə səmərəli əməkdaşlıq bacarığı.
• Təşkilati mədəniyyətin inkişafına töhfə verəcək liderlik xüsusiyyətləri.

E-mail:recruitment@pashabank.az / info@finstaff.az

OXŞAR İŞ ELANLARI

Şirkət Vəzifə Elanın tarixi Bitmə tarixi
Bank Respublika ASC Mikro və aqro kreditlər üzrə mütəxəssis (Astara bölgəsi üçün) 11.09.2025 09.10.2025
Bank Respublika ASC Yevlax filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis 08.09.2025 04.10.2025
Xalq Bank Ödəniş İnfrastrukturunun Təşkili İdarəsinin Ödəniş təşkilatları ilə iş şöbəsinin mütəxəssisi 12.09.2025 10.10.2025
Bank Respublika ASC Beynəlxalq Maliyyə Qurumları ilə iş departamentinin mütəxəssisi aparıcı mütəxəssisi 01.09.2025 28.09.2025
Xalq Bank Kredit İdarəsinin Layihə maliyyələşdirilməsi kreditlərinin təhlili və nəzarət şöbəsinin mütəxəssisi 15.09.2025 11.10.2025
PASHA Bank KİB Kredit Monitorinqi və Nəzarət şöbəsinə Mütəxəssis 18.09.2025 16.10.2025
PASHA Bank Kart Layihələri və Məhsulların Tətbiqi şöbəsində Ödəniş Sistemləri ilə İş qrupunun Kiçik Mütəxəssisi 11.09.2025 09.10.2025
ASEL Kredit Kredit mütəxəssisi (Beyləqan və Saatlı filialları üzrə) 05.09.2025 03.10.2025
PASHA Bank Özəl Bankçılıq üzrə Kiçik Müştəri Meneceri 01.09.2025 28.09.2025
Premium Bank Komplayens departamentinin Məlumatların emalı və Hesabatlıq şöbəsinə mütəxəssis / kiçik mütəxəssis 04.09.2025 02.10.2025
Express Bank Online satış və telemarketinq şöbəsinin mütəxəssisi 18.09.2025 17.10.2025
Express Bank Mikro kreditlər üzrə qrup rəhbəri (Mingəçevir filialı) 17.09.2025 16.10.2025