İş barədə məlumat
• Məhsul(ların) penetrasiyasından (satışından), gəlirlikdən və müştəri məmnunluğunun artırması nəticəsində portfelin böyüməsinin təmin edilməsi;
• Müştəri əlaqələrinin genişləndirilməsi və mövcud portfelin optimal şəkildə saxlanması, yeni bizneslərin cəlb edilməsi;
• Müştəri ilə əməkdaşlıq səviyyəsinin (penetration rate) və Bank (müştəridə) payının (share of wallet) artırılması;
• Portfeldə olan mövcud müştərilərlə yüksək səviyyədə münasibətlərin qurulması;
• Bankın brendini və nüfuzunu artırmaq üçün müxtəlif tədbirlərdə iştirak edilməsi;
• Müştəri sorğuların vaxtlı-vaxtında, düzgün və keyfiyyətli icrası üçün lazım olunan tədbirlər görmülməsi;
• Bankın və müştərilərin məlumatlarının məxfiliyin qorunmasının təmin edilməsi;
• Müştəri kredit və ya digər Bank məhsulu üzrə müraciət etdiyi halda onun biznesinin ilkin maliyyə təhlilini aparmaq, qaydalara və qanunvericiliyə uyğun olaraq təkliflərin verilməsi;
• Kreditlərin geri ödənilməsinə nəzarət edilməsi (bankın daxili prosedurlarına uyğun olaraq davranmaq və müştəri ilə birlikdə problemin həlli yollarını axtarmaq);
• Müştərilərə fərqli və xüsusi məhsul və xidmətlərini təklif etmək üçün Skvod daxilində və xaricində əməkdaşlar ilə əməkdaşlıq edilməsi;
• Təyin olunduğu struktur vahidlərində (squad, komitə, komissiya və s.) üzv qismində iştirak edərək Bankın təsdiq etdiyi şərtlərə uyğun olaraq müştərilərə məhsulların təqdim edilməsi ilə bağlı qərarların qəbul edilməsində iştirak edilməsi; (araşdırma aparmaq, səs vermək və s.)
• Qərarların qəbul edilməsi zamanı məsuliyyətini dərk edərək, komplayns siyasəti və etik davranış qaydalarının tələblərini nəzərə almaqla səs verməsi;
• Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatılması;
• Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.