İş barədə məlumat
Tam iş günü
Maliyyə şöbəsi
Bakı
Əsas vəzifə öhdəlikləri:
• Mühasibat uçotunun qurulması, həmin prosesə nəzarət edilməsi, uçotun Beynəlxalq mühasibat standartlarının tələblərinə uyğunlaşdırılması;
• Müəssisənin ümumi strateji planı çərçivəsində mühasibat uçotunun icrasının təmin edilməsi;
• Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
• Digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanması və təqdim edilməsi;
• Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə hesabatların hazırlanması və təqdim edilməsi;
• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi, məlumatların operativ təqdim edilməsinə nəzarətin təmin edilməsi;
• Daxil olan pul vəsaitlərinin, əsas vəsaitlərin uçotunu aparılmasının təmin edilməsi;
• Müəssisənin debitor və kreditorlar üzrə hesablaşmalarında dəqiqliyin təmin edilməsi;
• Mal-material, xidmət, zəmanət və avanslarla əlaqədar hesablamaların həyata keçirilməsi və uçotunun aparılması;
• Müəssisənin xərclərinin optimallaşdırılmasına və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirlərin hazırlanması və icrasına nəzarət edilməsi;
• Hesabat sənədlərinin düzgün tərtib olunmasının və tərkibində olan məlumatların doğruluğunun təmin edilməsi;
• Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə maliyyə hesabatlarının hazırlanması;
• Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsi;
Namizədə dair tələblər:
• Bank və ya bank olmayan kredit təşkilatında mühasib və ya aparıcı mühasib vəzifəsində işləyən namizədlərə üstünlük veriləcək;
• Minimum 3 il mühasibatlıq sahəsində iş təcrübəsi;
• Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat ixtisası üzrə);
• Microsoft Office proqramlarını və 1C, ERP, proqramını yaxşı səviyyədə bilmək;
• Azərbaycan dili mükəmməl, rus və ya ingilis dili biliyi üstünlükdür;
• Peşəkar Mühasib Sertifikatı (PMS) və ya ACCA üstünlük hesab olunur;
• Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Əmək Qanunvericiliyini və müvafiq normativ aktlar üzrə biliklər;
• Analitik düşünmə bacarığı, məsuliyyətlilik və operativlik.
İmtiyazlar:
• Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv;
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Tibbi sığorta təminatının verilməsi (3 ay sonra);
• “Team building” tədbirlərinin keçirilməsi;
İş haqqında:
İş vaxtı: 5/2, 09:00-18:00.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi.