İş barədə məlumat
Aidiyyəti Əməliyyat strukturlarının müraciətlərinə əsasən bankın əlaqələr qurmağı planladığı banklar və təşkilatlarla bağlı risk əsaslı təhlillər aparmaq.
Bankın illik kənar audit yoxlamaları üzrə məlumatların analiz edilməsi yönündə Baş Risk İnzibatçısının tapşırıqlarını yerinə yetirmək.
Rüblük əsasda Bankın Risk Xəritəsini hazırlamaq, təhlilini aparmaq və rəhbərliyə təqdim etmək.
Aylıq əsasda Bankın Likvidlik Riski təhlili hesabatını hazırlayaraq rəhbərliyə təqdim etmək.
Rüblük əsasda Makro İqtisadi göstəricilərin təhlilini apararaq prezentasiya hazırlamaq və rəhbərliyə təqdim etmək.
"Banklarda korporativ idarəetmə Standartları”nın tələbləri çərçivəsində bank üzrə məlumatların açıqlanması ilə bağlı Kredit, Likvidlik, Valyuta və Faiz riskləri üzrə təhlillərin bankın aidiyyəti strukturuna təqdim edilməsini təmin etmək.
Qanunvericiliyin tələblərinə əsasən Makro İqtisadi ssenarilərin təsirləri ilə bağlı stress testi hazırlayaraq nəticələrini Mərkəzi Banka təqdim etmək.
Rəhbərliyin tapşırığı əsasında bankdaxili sənədlərin və iş proseslərinin təhlilini aparmaq, riskli sahələri müəyyən etmək, həmçinin onların aradan qaldırılması üzrə təkliflər vermək;
Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq və kənarlaşmalar barədə məlumatı üst rəhbərliyinə təqdim etmək;
Bankın aidiyyatı struktur bölmələri ilə birgə fəaliyyət növləri üzrə risk limitlərinin hesablanması ilə bağlı departament rəhbərliyinin tapşırıqlarını yerinə yetirmək;
Risklərin tanınması və idarə edilməsi baxımından aidiyyəti biznes strukturlarının müraciətləri əsasında bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair araşdırma aparmaq və rəy vermək;
Risklərin idarə edilməsi işində bankın aidiyyatı struktur bölmələrinə metodoloji yardım göstərmək.
İş vaxtının norması:
5 günlük iş rejimi;
İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı: Razılaşma yolu ilə;
Servis xidməti mövcuddur;
Nahar şirkət tərəfindən təmin edilir.