Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Aparıcı mühasib

Baxışların sayı: 443

Elan #15658

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
20.06.2025
Bitmə tarixi
18.07.2025
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Mühasib

İş barədə məlumat

• Şirkətin maliyyə fəaliyyətinin və mühasibat uçotunun Azərbaycan Respublikası qanunvericiliyinə və daxili siyasətlərə uyğun təşkili;
• Gündəlik maliyyə əməliyyatlarının uçot sistemində düzgün və vaxtında əks etdirilməsinə nəzarət;
• Vergi, DSMF və digər dövlət hesabatlarının hazırlanması və təqdim olunması;
• Maliyyə hesabatlarının (aylıq, rüblük, illik) hazırlanması və rəhbərliyə təqdim olunması;
• Gündəlik ödəniş tapşırıqlarının hazırlanması və izlənməsi;
• Elektron qaimələrin tərtibi və müvafiq sistemlərdə idarə olunması;
• Əmək haqqı, məzuniyyət və kompensasiya hesablamalarının icrası;
• Əsas vəsaitlər, amortizasiya, debitor və kreditorların uçotu;
• Bank əməliyyatlarına və nağd vəsait hərəkətlərinə nəzarət;
• Mühasibatlığa aid bütün digər əməliyyatlar;
• İl sonu maliyyə bağlanış proseslərinə rəhbərlik;
• Audit yoxlamaları üçün lazımi sənədlərin və izahatların hazırlanması;
• Maliyyə siyasətlərinin və prosedurlarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi;
• Mühasibat komandasının rəhbərliyi və inkişaf etdirilməsi;
• Vergi planlaması və risklərin idarə olunmasına dair təkliflərin hazırlanması.

İş şərtləri:

İş məkanı: Azure Plaza
Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
İş rejimi: 5 gün (həftə içi)
Nahar: Təmin edilir
Rəqabətli əmək haqqı və mükafat sistemi.
Peşəkar inkişaf imkanları və təlim proqramları.
Müasir iş mühiti və layihələrdə iştirak.

Namizədə tələblər

• Azərbaycan Respublikası vergi və mühasibat qanunvericiliyi üzrə dərin biliklər;
• Əmlak (daşımaz əmlak) sahəsində uçot spesifikasiyası barədə təcrübə;
• Mühasibat proqramlarında (1C, Logo, SAP və s.) işləmək bacarığı;
• Güclü analitik düşüncə, problem həlletmə və komanda idarəetməsi bacarığı;
• Ali təhsil (Maliyyə, İqtisadiyyat və ya Mühasibatlıq üzrə);
• PMC (Professional Accounting Certificate) – mütləqdir;
• ACCA və ya digər beynəlxalq sertifikatlara sahib olmaq üstünlükdür.


E-mail:career@veyseloglu.az / info@finstaff.az