Namizədə tələblər
• İnformasiya texnologiyaları, maliyyə, biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə ali təhsil;
• FinTech, elektron ödəniş sistemləri, rəqəmsal bankçılıq və ya e-kommersiya sahəsində minimum 3-5 il rəhbərlik təcrübəsi; (minimum baş mütəxəssis)
• PSD2, PCI DSS, Open Banking, ISO 20022 və digər müvafiq texniki standartlar üzrə anlayış;
• Layihə idarəetmə bacarıqları (Agile, Scrum, Kanban və s.);
• API inteqrasiyaları, sandbox mühitləri və ödəniş protokolları ilə iş təcrübəsi və minimal nəzəri anlayış;
• Yaxşı səviyyədə texniki-maliyyə balansı qurmaq bacarığı;
• İKT komandaları ilə sıx əməkdaşlıq təcrübəsi;
• Azərbaycan və ingilis dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
• Rəhbərlik etdiyi sahə üzrə bank qanunvericiliyinin (Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanun, Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda, Ödəniş Agentləri ilə işin təşkili qaydası, Gücləndirilmiş müştəri autentifikasiyanın tətbiqi qaydası, Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları, Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları) tələblərini mükəmməl bilmək bacarığı;
• Mastercard və VİSA beynəlxalq ödəniş sistemlərinin tələblərini bilmək bacarığı;
• Biznes strukturunun rəhbəri olaraq aidiyyəti müqavilələrə baxmaq, şərhlər vermək və qarşı tərəfin rəylərinin cavablandırılması bacarığı;
• Analitik təfəkkür, strateji baxış və təşəbbüskarlıq
• Liderlik və komanda motivasiyası;
• İnnovativ və çevik düşüncə;
• Yüksək təşəbbüskarlıq və nəticəyə fokuslanma;
• Çevik qərarvermə və stressə davamlılıq;
• Güclü təqdimat və fikir əsaslandırma bacarığı;
• Prioritetlərin müəyyən edilməsi və prioritetlərlə işləmək bacarığı.
E-mail:career@azerpost.az / info@finstaff.az