İş barədə məlumat
• Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkil edilməsi;
• Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi;
• Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak edilməsi, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasının həyata keçirilməsi;
• İstehsal əməliyyatlarının yoxlanılması, plandan kənarlaşmaların aşkar edilməsi;
• İstehsal xərclərinin bölüşdürülməsi;
• Aylıq və illik istehsalat nəticələrinin analizinin həyata keçirilməsi, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaların araşdırırlması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;
• Maliyyə hesabatlarının hazırlanması (Balans, mənfəət və zərər, pul vəsaitlərinin həərəkəti haqqında hasabat və s.)
• Məhsul resepturalarının sistemə daxil edilməsi;
• İnventarların hərəkətlərindəki anbar qalıqlarına edilən dəyişikliklərə nəzarət edilməsi;
• Anbar qalıqlarının uçotunun aparılması;
• İstehsal və satış üzrə itki aktlarının hazırlanması;
• Sistem ilə istehsalın üzləşdirilməsi;
• Aylıq istehsal və ümumi hesabatların hazırlanması;
• İstehsal üzrə bütün növ muhasibat əməliyyatlarının 1C proqram təminatına daxil edilməsi;
• Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra olunması.
• İstehsal proseslərinə nəzarət edilməsini təmini, istehsal xətlərinə dair qeydiyyat formlarının hazırlanması və sahədə qeydiyyatların zamanında icrasını təmin edilməsi;
İş şəraiti
İş qrafiki: I-V günlər;
Əmək haqqı: Müsahibə zamanı razılaşmaya əsasən təyin olunacaq (Rəqabətli əmək haqqı)
Servis xidməti: Şirkət tərəfindən təmin edilir;
Nahar: Şirkət tərəfindən təmin edilir
Ünvan: Xirdalan şəhəri.