İş barədə məlumat
Məqsəd: Bravo-nun maliyyə qeydlərinin dəqiqliyini və etibarlılığını təmin etmək üçün vaxtında hesab uzlaşdırmalarının həyata keçirmək və uyğunsuzluqları aradan qaldırmaq.
Öhdəliklər:
Hesablar üzrə uzləşdırmə:
• Müxtəlif mühasibatlıq hesabları, bank hesabları və şirkətlərarası balansları uzlaşdırmaq
• Bütün əməliyyatların düzgün və vaxtında qeyd edildiyini təmin etmək.
• Ay sonu, rüb sonu və il sonu uzlaşdırmaları həyata keçirmək.
Uyğunsuzluqların Araşdırılması:
• Mühasibatlıq qeydləri ilə dəstəkləyici sənədlər arasındakı uyğunsuzluqları və ya çətinlikləri analiz edib həll etmək.
• Məsələləri aydınlaşdırmaq və həll yollarını müəyyən etmək üçün müxtəlif departamentlərlə əlaqə saxlamaq.
• Auditin hazırlanması zamanı auditorlarla yaxından işləmək, uyğunlaşdırılmış hesabatları təqdim etmək və hər hansı bir açıq məsələləri həll etmək.
Maliyyə Hesabatlığı:
• Hesab uyğunluqlarının düzgün tamamlanmasını təmin edərək maliyyə hesabatlarının hazırlanmasında kömək etmək.
• Hesab vəziyyəti və uyğunsuzluqlar haqqında rəhbərliyə müvafiq maliyyə məlumatları və təhlillər təqdim etmək.
Uyğunluq və Nəzarət:
• Maliyyə əməliyyatları və hesab uyğunluqları ilə bağlı daxili nəzarətə, siyasətlərə və prosedurlara uyğunluğu təmin etmək.
Prosesin Təkmilləşdirilməsi:
• Hesablaşma proseslərini yaxşılaşdırmaq və avtomatlaşdırmaq üçün imkanlar müəyyən etmək.
• Bazardakı dalğalanmalar və mühasibatlıq çətinliklərini idarə etmək üçün maliyyə hesabatı proseslərinin sadələşdirilməsinə töhfə vermək.