Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Aparıcı mühasib

Razılaşma
Superfon

Baxışların sayı: 312

Elan #15413

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
07.05.2025
Bitmə tarixi
05.06.2025
Əlaqədar şəxs
HR
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Mühasib

İş barədə məlumat

• Müəssisədə həyata keçirilən əməliyyatların Azərbaycan Respublikasının mövcud Əmək, Vergi və digər qanunvericiklərə uyğun təşkil olunmasına nəzarət etmək;
• Əməliyyatların mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
• Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
• Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
• Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması;
• ƏDV, Əmlak, ÖMV, Mənfəət, Aksiz, və Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi
• Qanunvericiliklə müəyyən edilmiş müddətdə cari vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
• Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
• Müəssisənin vergi öhdəliklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək;
• Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat əməliyyatlarının fasiləsiz uçotunun təşkil edilməsi;
• Dövlət büdcəsinə ödənişlərin dəqiq hesablanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə köçürülməsi;
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi;
• Vergi və digər dövlət orqanları ilə müvafiq yazışmalar.

Təminatlar:

Nahar ilə təmin edilmə;
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
Korporativ mobil nömrə.
İş yeri: Bakı şəhəri

Namizədə tələblər

• Ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
• Aparıcı mühasib kimi topdan və pərakəndə satış sahəsində iş təcrübəsi - 3 ildən artıq;
• 1C 8.3 proqramı ilə yüksək səviyyədə işləmə bacarığı;
• Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli;
• MS Office proqramlarını bilməli, (xüsusilə də yüksək səviyyədə Excel və Power BI bilikləri üstünlükdür)
• Dead-line`larla işləmə bacarığı
• Stresə dözümlülük, komanda ilə işləmək bacarığı, qərar qəbulu, prioritetləri müəyyənləşdirmək kimi idarəçi keyfiyyətlərinə malik olmalıdır .
• Yaş həddi 25-35

CV-nizi hr@superfon.az / info@finstaff.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını Aparıcı Mühasib yazıb göndərməklə müraciət edə bilərsiniz.