Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Kredit Yoxlanışı üzrə İşçi (Mərkəz/Bakıxanov filialları)

Razılaşma
FINCA Azerbaijan

Baxışların sayı: 109

Elan #15410

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
02.05.2025
Bitmə tarixi
31.05.2025
Əlaqədar şəxs
HR
Kateqoriya
Bank
Alt kateqoriya
Kredit mütəxəssisi

İş barədə məlumat

Kredit Yoxlanışı üzrə İşçi, birbaşa rəhbərinin dəstəyi və nəzarətilə müştəri biznes və yaşayış ünvanına səfər edərək, təsdiq üçün təqdim olunan kreditlər və digər əlaqəli sənədlərdə qeyd edilmiş məlumatların kreditvermədən öncə yoxlanışı üçün cavabdehdir.
Vəzifənin əsas öhdəlikləri hansılardır?

• Kreditin verilməsinin məqsədəuyğunluğunu müəyyən etmək məqsədilə kredit üçün müraciət edən müştərinin biznes, təsərrüfat, maliyyə və kredit vəziyyətini yoxlamaq və Kredit təsdiq qrupunu aidiyyatı üzrə məlumatlandırmaq.
• Ev və biznes ünvanlarını və digər məlumatları yoxlamaqla borcalanın və zaminin, həmçinin onların bizneslərinin/təsərrüfatlarının həqiqətən də mövcud olduğundan əmin olmaq.
• Kredit veriləcəyi halda müştərinin krediti təyinatı üzrə istifadəetmə imkan və ehtimallarının uyğunluğunu yoxlamaq.
• Yoxlanışlar zamanı hər hansı ciddi uyğunsuzluq aşkar etdikdə, birbaşa rəhbərini dərhal məlumatlandırmaq.

İmtiyazlar

• Yanacaq və Amortizasiya xərcləri
• Tibbi Sığorta (işçini əhatə edən)
• Həyat Yığım sığortasından istifadə etmək imkanı
• Peşəkar beynəlxalq iş mühiti
• Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar
• İş Qrafiki: Bazar Ertəsi – Cümə günləri, saat 09:00 - 18:00. Şənbə, Bazar günləri, dövlət bayramları və milli hüzn günləri qeyri-iş günləridir

Namizədə tələblər

• Ali təhsil və ya Orta ixtisas (kollec) təhsili.
• İş Təcrübəsi: Bank olmayan kredit təşkilatları və ya Bank sahəsində ən azı 6 aylıq iş təcrübəsi; o cümlədən, kreditlərə nəzarət, biznes və təsərrüfat kreditlərinin verilməsi sahələrində təcrübə arzuolunandır.
• MS Office proqramlarından (MS Word, MS Excel, MS Outlook) sərbəst şəkildə istifadə etmək bacarığı.
• Yüksək ünsiyyət qurma və məlumat əldə etmək bacarıqları.
• Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı.
• Müşahidəçilik və fikirlərini ümumiləşdirmə, analiz və qərarvermə bacarıqları.
• Dil Bilikləri: Səlis Azərbaycan dili bilikləri, müşahidələrini və fikirlərini şifahi və yazılı olaraq dəqiq və aydın ifadə etmək bacarıqları.
Texniki tələblər:

Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması.
Vakansiya haqqında

Vakansiya növü - Tam ştat
Təcrübə - 1-2 il
Təhsil - Bakalavr

E-mail:recruitment@fincaazerbaijan.com / info@finstaff.az