İş barədə məlumat
Maliyyə hesabatlarının beynəlxalq standartlarının və AR qanunlarının Agentliyin maliyyə-təsərrüfat əməliyyatlarının uçotuna tətbiqində iştirak edir;
Debitor və kreditorlarla aparılmış alqı-satqı əməliyyatlarının və ödənişlərin uçotuna nəzarət edir;
İcra etdiyi vəzifələrə uyğun olaraq metodoloji sənədlərin hazırlanmasını həyata keçirir;
Agentliyin mühasibat uçotunun uçot siyasətinə, AR qanunlarına və beynəlxalq standartlara uyğunluğunu yoxlayır;
Agentliyin xərclər smetasının layihəsinin hazırlanmasınında iştirak edir və maliyyə vəsaitlərinin xərclər smetasına uyğun istifadəsini yoxlayır, kənarlaşmaları təhlil edir və təkliflər verir;
Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Agentliyin maliyyə hesabat(lar)ını hazırlayır, audit zamanı zəruri sənədlərin və məlumatların kənar auditorlara verilməsini həyata keçirir;
Fəaliyyət istiqamətləri üzrə hesabatlar hazırlayır, rəy və təkliflər verir, təhlillər və ümumiləşdirmələr aparır;
Boşluqların aradan qaldırılması üçün tələbdən yaranan maliyyə təhlillərini aparır, ehtiyac yarandıqda müvafiq təlimatları hazırlayır;
Hesabat və analizlər, eləcə də tapşırıqların gedişatı və nəticələri bərədə rəhbərini və aidiyyəti şəxsləri vaxtında məlumatlandırır;
Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
Digər
Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.