İş barədə məlumat
İş yeri: Bakı, Azərbaycan
Şirkət: Baku Holiday Travel – 10 ildən artıq fəaliyyət göstərən aparıcı turizm şirkəti
İş qrafiki: Tam ştat (Bazar ertəsi – Cümə, 09:00–18:00)
Vəzifə səviyyəsi: Təcrübəli Junior / Orta səviyyəli Mühasib
Vəzifə Öhdəlikləri:
• Satış və alış əməliyyatlarının uçotu və nəzarəti;
• Müştərilər və partnyorlarla qarşılıqlı hesablaşmaların aparılması;
• Bank çıxarışlarının 1C proqramında işlənməsi və gündəlik yoxlanması;
• Debitor və kreditor balanslarının uzlaşdırılması və analiz edilməsi;
• Qaimə-fakturaların, müqavilələrin, aktların hazırlanması və sistemə daxil edilməsi;
• Kassa əməliyyatlarının və nəğd vəsait hərəkətlərinin uçotu;
• Vergi portallarında e-qaimələrin hazırlanması və bəyannamələrin dəstəklənməsi;
• Ezamiyyə və əmək haqqı sənədlərinin işlənməsi və uçotu üçün ilkin hazırlıq;
• Baş mühasibə hesabatların hazırlanmasında yardım;
• Ay və il sonu bağlanış prosedurlarında iştirak.
Biz Sizə Təklif Edirik:
• Rəqabətli əmək haqqı + motivasiyaedici bonus sistemi;
• Rəsmi əmək müqaviləsi və tam sosial təminat;
• Peşəkar və öyrədici iş mühiti;
• Şirkət daxilində karyera inkişafı və təlim imkanları;
• Gözəl ofis mühiti və müasir texniki avadanlıq;
• Müxtəlif beynəlxalq layihələrdə iştirak imkanı.