İş barədə məlumat
Bankın filialları tərəfindən təqdim olunan kredit təkliflərini qiymətləndirmək və kredit təkliflərinin qanunverciliyə və bankın kredit siyasətinə uyğunluğunu yoxlamaq ;
Bankın bankdaxili qaydalarına uyğun olaraq borcalanın geri-ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətini təhlil etmək, borcalan haqqında və fəaliyyət göstərdiyi sektor haqqında tədqiqat aparmaq, kredit risklərini müəyyənləşdirmək ;
Qiymətləndirmənin nəticələrini rəhbərinə təqdim edərək kredit rəyin yaradılmasında iştirak etmək;
Kredit təkliflərinə verilən kredit rəylərini filial rəhbərlərinə zamanında çatdırlmasını təmin etmək;
Ehtiyac yaranarsa, rəhbəri ilə birlikdə filial/satış bölmələrin də iştirakı ilə müştəri ziyarətlərinə qatılmaq;
Kredit risklərinin idarəolunmasına aid qanunvericilik və normativ hüquqi aktlarda olan son dəyişiklikləri izləmək və buna müvafiq bankdaxili qaydaların, prosesslərin və metodologiyaların yenilənməsi üçün töhfə vermək;
PL/TMM (AML) və maliyyə sanksiyaları (FS) üzrə bankın qəbul etdiyi müvafiq qaydalara riayət etmək;